Ermənistandan Rusiyaya dost olmayacağının daha bir sübutu | Rusiya bayrağını ləkələdilər
Dünyanın Rusiyadakı terrora üzüldüyü bir məqamda ermənilər yenə də öz xislətlərindən əl çəkmirlər.
Belə ki, Samvel Şirinyan adlı erməni öz sosial şəbəkə hesabında paylaşım edərək İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni və Rusiya Federasiyasının bayrağını ləkələyib.
O, Moskvada günahsız insanların həlak olduğu terror aktına da sevinib. Ümumiyyətlə, sosial şəbəkələrin Ermənistan seqmentində buna bənzər paylaşımlar çoxdur.
Son zamanlar rəsmi İrəvanla Moskva arasında yaşanan siyasi gərginliyin, soyuq münasibətlərin fonunda ermənilərin Rusiya ilə bağlı üzücü xəbərlərə sevinməsi halını da tez-tez görürük. Bu isə onların yaman günün dostu olmadığını bir daha göstərir.
Qeyd edək ki, martın 22-də Moskva vilayətindəki “Crocus City Hall” konsert mərkəzində baş vermiş terror hücumu nəticəsində azı 150 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Rusiya Prezidenti Vladimir Putin martın 24-nü ölkədə milli matəm günü kimi elan edib.
#Ermənistan teqi istifadə olunub
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV
