Pleyeri seçin:

Ermənistanın hərbi büdcəsi 4 dəfədən artıq artırılıb | Rəsmi açıqlama

06 sentyabr 2025 510 baxış

“2017-ci ildə Ermənistanın hərbi büdcəsi təqribən 400 milyon dram olub, son illərdə hökumətimiz hərbi büdcəni 1 milyard 700 milyon drama qədər artırıb”.

Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

“Bu xərclər əsasən hərbi satınalmalara aiddir. Onlar plan üzrə aparılır. 2026-cı ildə alınma ehtiyacı azalacaq. Çünki 2025-ci ildə artıq lazımi alışlar edilib”, - deputat bildirib.

Aleksanyan qeyd edib ki, buna baxmayaraq əlavə planlaşdırma aparılır: “Hesab edirəm ki, kəskin artıma artıq ehtiyac yoxdur, çünki birincisi, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıblar, ikincisi, son illərdə büdcənin onsuz da kəskin artım tempi kifayətdir”.

Jurnalistlərin qüvvələr balansının bərpa olunub-olunmaması ilə bağlı sualına Aleksanyan belə cavab verib: “Niyə özümüzü birbaşa Azərbaycanla müqayisə etməliyik? Ermənistanın suveren ərazisini müdafiə edə biləcək döyüşə hazır ordumuz olmalıdır. Məhz buna görə də hökumətimiz əvvəlki cüzi 400 milyonluq büdcəni 1 milyard 700 milyona çatdırıb”.

Jurnalistlər Aleksanyandan Ermənistanın 2020-ci ildə silahının az olub-olmamasına görə uduzduğunu soruşanda o qeyd edib: “Sizdən metal qırıntılarını silah kimi təqdim etməməyinizi xahiş edirəm. 1950-ci illərin silahları vardı. Əziz insanlar, mətbəx bıçağı ilə də döyüşmək olar, amma bu, rəqibinizin nə ilə vuruşmasından asılıdır”.

Banner
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 510 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 510 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 510 baxış
Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI

Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI

Dünya
01 noyabr 2026 510 baxış
ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI

ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI

Dünya
01 noyabr 2026 510 baxış
Nigeriyada Ebola virusuna yoluxma şübhəsi ilə iki pasiyent təcrid olunub - Baku TV

Nigeriyada Ebola virusuna yoluxma şübhəsi ilə iki pasiyent təcrid olunub - Baku TV

Dünya
01 noyabr 2026 510 baxış
İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV

İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV

Dünya
01 noyabr 2026 510 baxış
ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV

ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV

Dünya
01 noyabr 2026 510 baxış
İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI

İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 510 baxış
İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI

İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 510 baxış
Seçilmişlər
icon