Pleyeri seçin:

Fars-molla rejimi vətəndaşlarını öldürməyə davam edir

14 aprel 2023 356 baxış

İranda ötən il ərzində əvvəlki illərlə müqayisədə 75 faiz daha çox insan edam edilib.

Norveçdə yerləşən İran İnsan Haqları və Parisdə yerləşən Ölüm Cəzasına Qarşı Birlikdə təşkilatlarının cənub qonşumuzla bağlı yaydığı hesabatına görə, ölkədə azı 582 edam icra edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir. Müvafiq olaraq 2022-ci ilin statistikası da 2021-ci ildəkindən 333 vahid çoxdur.

Keçən ilin sentyabrında geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı etnik kürd Məhsa Əmininin polis orqanında ölümündən sonra başlayan etirazlara hakimiyyət edamlarla cavab verir. Bütün bunlar böyük beynəlxalq reaksiyaya səbəb olub.

Xüsusilə narkotiklə bağlı edamların sayının kəskin artması narahatlıq doğurur. Etirazların başlamasından sonra edam edilənlərin yarıdan çoxu və ya 2022-ci ildə qeydə alınan 582 edamın 44 faizi narkotiklə əlaqəli cinayətlərə görə olub. Ölüm qərarı verilənlər arasında 18 yaşına çatmayan azı 3 yeniyetmə və 16 qadın da var.

İran mediasında yayılan xəbərlərə görə, ölkədə hicab məcburiyyəti ilə bağlı qanunu pozan qadınları aşkar etmək üçün ictimai yerlərdə smart kameralardan istifadə olunacaq. Həmin qadınları buna görə həbs cəzası da gözləyir. Bununla bağlı verilən rəsmi açıqlamada hakimiyyət geri addım atmaq fikrində olmadığını göstərir.

Bir sözlə, molla rejimi özünün təyin etdiyi qanunlarla istədiyi şəkildə insanların həyatlarına qənim kəsilməyə davam edir.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 356 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 356 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 356 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 356 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 356 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 356 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 356 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 356 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 356 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 356 baxış
Seçilmişlər
icon