Fiziklərdən qeyri-adi ixtira | Zamanın ölçülməsi üçün ənənəvi üsullar isə artıq...
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçin Uppsala Universitetinin alimləri zamanın ölçülməsi üçün başlanğıc nöqtəsinə ehtiyac duymayan unikal bir metod hazırlayıblar.
Bu məqsədlə fiziklər "Rydberg" vəziyyətindəki atomların xüsusiyyətlərindən istifadə edərək "kvant zaman izləri" yaradıblar.
"Rydberg" vəziyyətləri atomların yüksək enerjili vəziyyətləridir ki, bu zaman elektronlar nüvədən xeyli məsafəyə çəkilir. Bu cür atomlar lazerlərin köməyi ilə yaradılır və kvant mühəndisliyində geniş istifadə olunur. Bir neçə "Rydberg" dalğasının qarşılıqlı təsirə girməsi nəticəsində unikal interferensiya naxışları – zamanın "kvant izləri" yaranır. Bu izlər hadisələrin müddətini qeyd edir və başlanğıc nöqtəsinə ehtiyac duymur.
Fiziklər helium atomlarını "Rydberg" vəziyyətinə gətirmək üçün lazerlərdən istifadə ediblər. Bu metod 1,7 trilyonuncu saniyə hissələrinə qədər zaman intervallarını ölçmək üçün tətbiq edilə bilər.
Gələcəkdə alimlər metodun yeni şərtlərə və məqsədlərə uyğunlaşdırılması üçün digər elementlərdən və ya müxtəlif enerji səviyyəli lazerlərdən istifadə etməyi planlaşdırırlar. Bu kəşf xüsusilə kvant miqyasında baş verən hadisələrin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir, çünki ənənəvi zaman ölçmə üsulları burada işləmir.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
