Pleyeri seçin:
Fordo və Natanzda yeni zədələnmələr qeydə alındı | ABŞ-nin zərbələrinin nəticəsi
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran və İsrail arasında bu gün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.
Bu barədə agentliyin portalında dərc edilmiş bəyanatda deyilir.
"ABŞ-nin iyunun 22-də obyekti bombardman etməsindən sonra AEBA müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb", ‒ məlumatda qeyd edilib.
Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib.
Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-nin zərbələrindən iki çuxur yeri aşkar edib.
Kopyalandı
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
