Pleyeri seçin:

Fransa və Yunanıstan Kiyevə “Mirage” qırıcılarının verilməsini müzakirə edir

24 aprel 2026 278 baxış

Fransa və Yunanıstan Afina tərəfindən Kiyevə “Mirage” tipli qırıcıların verilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə "Les Echos" mənbəyə istinadla məlumat yayıb.

Qəzet qeyd edir ki, müzakirələr Yunanıstanın Ukraynaya təxminən 10 ədəd “Mirage 2000-5” qırıcısı verməsini nəzərdə tutur. Bunun əvəzində Yunanıstan Hərbi Hava Qüvvələrinin yeni “Rafale” təyyarələri ilə təmin olunması planlaşdırılır.

Məlumata görə, bu məsələ Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənir və məsələ onun 24-25 aprel tarixlərində Afinaya səfəri zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə müzakirə ediləcək.

Bununla yanaşı, nəşr yazır ki, Fransanın təzyiqi Yunanıstanda narazılıq doğurub. Afina hələlik “Mirage” qırıcılarından imtina etmək istəmir və ölkənin müdafiə qabiliyyətinin zəiflədilə biləcəyi ehtimalından ehtiyat edir.

Qeyd olunur ki, sövdələşmənin maliyyə tərəfi də hələlik aydın deyil. İstifadə olunmuş “Mirage” təyyarələrinin dəyəri yeni “Rafale” qırıcılarından xeyli aşağıdır və bu səbəbdən layihənin yalnız Avropa maliyyə dəstəyi ilə reallaşa biləcəyi bildirilir.

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI

Dünya
07 avqust 2026 278 baxış
Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Ukrayna iqtisadiyyatı itkilərlə üz-üzədir

Dünya
07 avqust 2026 278 baxış
Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Ərdoğan Məkkə sazişinin önəmindən danışdı

Dünya
07 avqust 2026 278 baxış
Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib

Dünya
07 avqust 2026 278 baxış
Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Şagirdin silahlı hücumu 9 nəfərin həyatına son qoydu

Dünya
07 avqust 2026 278 baxış
Stadion və ətraf obyektlərə ziyan dəydi

Stadion və ətraf obyektlərə ziyan dəydi

Dünya
07 avqust 2026 278 baxış
Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV

Dünya
07 avqust 2026 278 baxış
Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI

Dünya
07 avqust 2026 278 baxış
Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV

Dünya
07 avqust 2026 278 baxış
Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Ukraynadan Aİ-yə 220 milyon avroluq təcili yardım çağırışı - Baku TV CANLI

Dünya
07 avqust 2026 278 baxış
Seçilmişlər
icon