Fransada Puşkin kitablarını oğurlayan dəstə ifşa olundu | Saxlanılanlar var - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada altı Gürcüstan vətəndaşı nadir nəşrlərin, o cümlədən Aleksandr Puşkinın əsərlərinin oğurlanmasına görə yeddi ilədək həbs cəzasına məhkum edilib.
Bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, altı Gürcüstan vətəndaşı Paris və Liondakı nüfuzlu kitabxanalardan bir neçə rus yazıçısının əsərlərini oğurladıqlarına görə bir il yarım şərti cəzadan yeddi ilədək həbs cəzası alıblar. Beş kişi və bir qadından ibarət təqsirləndirilən şəxslər cinayət törətmək məqsədilə əlbir olmaqda və mədəni sərvətlərin qarət edilməsində təqsirli biliniblər. Onların fəaliyyəti nəticəsində təxminən 770 min avro məbləğində ziyan dəyib.
Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər genişmiqyaslı, mütəşəkkil, əvvəlcədən planlaşdırılmış oğurluq həyata keçiriblər və bu əməl xüsusi dəqiqliklə icra olunub.
Qeyd olunub ki, cinayətkarlar mürəkkəb sxemdən istifadə ediblər. Onlar oxu zallarına gedərək nadir kitabların səhifələrinin fotolarını çəkib, ölçülərini götürüblər. Daha sonra yüksəkkeyfiyyətli surətlər sifariş edərək onları orijinal nüsxələrlə əvəzləyiblər.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
