Pleyeri seçin:
“Gecə oturub qərar verə bilməzsən ki...” | Pezeşkian qiymətlərdən danışdı
İran Prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi vəziyyət və qiymət artımı, xüsusilə yanacaq qiymətləri ilə bağlı müzakirələrə sərt reaksiya verib. O, dövlət idarəçiliyində şəffaflığın və öncədən planlaşdırmanın vacibliyini vurğulayaraq, "Gecə oturub qərar verə bilməzsən ki, sabah qiymətlər belə olacaq" ifadəsi ilə qəfil qərarların xalq arasında narazılıq və iqtisadi qeyri-sabitlik yaratdığını qeyd edib. Pezeşkian iqtisadi islahatların xalqla məsləhətləşmələr aparılmadan və əhalinin rifahı nəzərə alınmadan həyata keçirilməsinin əleyhinə olduğunu bildirib. Bu açıqlama İranda gözlənilən benzinin qiymət artımı fonunda hakimiyyətin ehtiyatlı addımlar atacağının göstəricisi kimi qiymətləndirilir.
Kopyalandı
#İran teqi istifadə olunub
- Tehran Vaşinqtonu xəbərdar etdi | Quru əməliyyatının ağır nəticələri ola bilər - Baku TV
- Qaydaları pozan gəmilər cəzalandırılır
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- ABŞ Prezidenti İran rəhbərliyindəki itkilərlə bağlı gözlənilməz etiraf etdi - Baku TV
- İsrailin Baş naziri İrana qarşı əməliyyatları hazırda əlverişli hesab etmədi - Baku TV CANLI
