Pleyeri seçin:
General: “ABŞ İranla müharibəni necə başa çatdırmağın yollarını axtarır”
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ İranla hərbi qarşıdurmanı necə başa çatdırmaq barədə yollar axtarır və faktiki olaraq məğlubiyyətini etiraf edir".
Bu fikirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini səsləndirib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından 15 gün sonra ABŞ tərəfi çətin vəziyyətlə üzləşib və qərar qəbul etmə prosesində çaşqınlıq yaşayır.
"Bu gün, 15 gün sonra düşmən çaşqınlıq içindədir və elitalar daxilində planın olmaması ilə bağlı ittihamlar səsləndirilir. Düşmən indi müharibəni başa çatdırmaq üçün İranla necə qarşılıqlı fəaliyyət göstərəcəyini düşünür. Düşmən öz məğlubiyyətini etiraf edir", – deyə general bildirib.
Kopyalandı
#SEPAH teqi istifadə olunub
- SEPAH-dan sensasiya: Yolu bağlayıb qərargahlara hücum edəcəkdilər - Baku TV CANLI
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
