Gizli şahiddən sensasiyalı açıqlama | Sui-qəsdi onlar təşkil ediblər
“ABŞ-dən idarə olunan şəbəkələr ölkənin hüquq-mühafizə orqanlarının sıralarında hakimiyyətə qarşı mümkün sui-qəsddə iştirak edirlər”.
Bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazıb.
“Cinayət təşkilatının 2 nömrəli adamı olduğu iddia edilən və məhkəməsi gedən Sərdar Sertçelik məhkəmə zamanı bu işdə gizli şahid olduğunu açıqlayıb.
S.Sertçelik bildirib ki, polis onu hakim partiyanın bəzi liderlərinin adını çəkməyə məcbur edib. S.Sertçelikin ifadələrindən sonra polis rəisləri saxlanılaraq işdən uzaqlaşdırılıb. MİT və təhlükəsizlik qüvvələri onların Prezident Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etdiyini müəyyən edib. Bu sui-qəsddə ABŞ yönümlü bəzi sektalar iştirak edir”, – nəşr bildirib.
Nəşrin yazdığına görə, Ankara Təhlükəsizlik Müdirliyində bəzi yüksək rütbəli məmurların iştirakı ilə FETÖ üzvləri iş vaxtından artıq işləyir, siyasətçilərə qarşı sui-qəsd təşkil edir.
#ABŞ teqi istifadə olunub
- Tramp etiraf etdi | Zelenski üçün gərgin gün | Cəbrayılın bu kəndinə növbəti köç - YENİ BİR SƏHƏR
- “ABŞ əvvəlcə dəqiqləşdirməlidir ki...” | Ekspertlər Qəzza ilə bağlı məsələni şərh etdi - Baku TV
- Amerika və Suriya hərbçiləri İŞİD-in hücumuna məruz qaldı
- Braun Universitetində silahlı insident | Tramp hadisəyə münasibət bildirdi
- Qalib gəlmək çox çətin olacaq | Donald Tramp
