Pleyeri seçin:

Gürcüstanda onkoloji xəstəliklərin müalicəsi dövlət tərəfindən qarşılanacaq

12 avqust 2023 259 baxış

Qonşu Gürcüstanda onkoloji xəstələrin müalicəsi dövlət tərəfindən tam maliyyələşdiriləcək.

Belə ki, xərçəng xəstəliyi daşıyan vətəndaşların müalicəyə çıxış imkanlarını artırmaq üçün ümumi sağlamlığın qorunması üzrə dövlət proqramına dəyişikliklər edilib. Gürcüstan hökumət administrasiyasının məlumatına əsasən, ölkə üzrə bütün xərçəng xəstələri üçün kimyaterapiya, şüa terapiyası, hormon terapiyası və dərman preparatlarının xərcləri dövlət tərəfindən qarşılanacaq.

“Geohospitals” xəstəxanasının direktoru Nona Asatiani onkoloji xəstələrin müalicəsi üçün böyük xərclərin tələb olunduğunu qeyd edib:

“İstər dərman preparatları, istərsə də kimyaterapiya, şüa terapiyası və digər müalicə üsullarının ödənişini bütün vətəndaşlar qarşılaya bilmirlər. Buna görə də hökumətin bu addımı olduqca təqdirəlayiqdir. Gürcüstanda ümumi sağlamlığın qorunması üzrə dövlət proqramı fəaliyyət göstərir və bu proqramla bir çox tibbi xidmətlər vətəndaşlar üçün dövlət tərəfindən qarşılanır. Bu günədək onkoloji cərrahiyyə üçün 15 000 larilik, digər onkoloji xidmətlər üçün isə 12 000 larilik maliyyələşdirmə mövcud idi. Artıq bu rəqəmlərin də artırılması istiqamətində işlər görülür”.

Sakinlər də hökumətin bu qərarından məmnunluqlarını ifadə edirlər.

“Dərmanlarla yanaşı, müayinə xərcləri də tam qarşılanır. Mən özüm onkoloji xəstəyəm və bu yardımdan çox şadam. Dövlətin yardımı olmasa, nə müayinə oluna bilərdim, nə də ki müalicə. Hökumətimizə təşəkkür edirəm”, – Gürcüstan sakini deyib.

Məlumat üçün onu da bildirək ki, yeni qəraradək Gürcüstanda yalnız illik gəliri 40 min laridən az olan xəstələr dövlətin onkoloji xəstələr üçün ayırdığı yardımdan yararlana bilirdilərsə, artıq tətbiq edilən universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir vətəndaş üçün əlçatan olacaq.

Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Dünya
10 iyun 2026 259 baxış
Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünya
10 iyun 2026 259 baxış
İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

Dünya
10 iyun 2026 259 baxış
Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Dünya
10 iyun 2026 259 baxış
ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

Dünya
10 iyun 2026 259 baxış
"Bütün çirkablardan təmizlənəcəyik" | Kamal Kılıçdaroğlu kimləri hədəfə aldı? - Baku TV

"Bütün çirkablardan təmizlənəcəyik" | Kamal Kılıçdaroğlu kimləri hədəfə aldı? - Baku TV

Dünya
10 iyun 2026 259 baxış
ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

Dünya
10 iyun 2026 259 baxış
Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Dünya
10 iyun 2026 259 baxış
NATO modeli Yaxın Şərqə gəlir: Türkiyə yeni kollektiv müdafiə sistemində - AKTUAL GÜNDƏM

NATO modeli Yaxın Şərqə gəlir: Türkiyə yeni kollektiv müdafiə sistemində - AKTUAL GÜNDƏM

Dünya
10 iyun 2026 259 baxış
Əraqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

Əraqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

Dünya
10 iyun 2026 259 baxış
Seçilmişlər
icon