Pleyeri seçin:

Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

10 iyun 2026 211 baxış

ABŞ Mərkəzi Komandanlığı İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələr endirdiyini və prosesin artıq tamamlandığını elan edib.

Açıqlamada həmçinin bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyıb.

Məlumata görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.

Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.

Bu arada ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ və İran arasında mümkün sazişin razılaşdırılması bir neçə ay və ya bir neçə həftəyə qədər vaxt apara bilər. Onun sözlərinə görə, sazişin müddəti danışıqların gedişatından asılıdır və geniş diapazonda dəyişə bilər.

"Düşünürəm ki, saziş bir həftə ərzində bağlana bilər, amma bir neçə ay ərzində də bağlana bilər. Vaşinqton ABŞ üçün iqtisadi cəhətdən faydalı olacaq və İranın nüvə proqramı ilə bağlı məsələləri həll edəcək bir razılaşma əldə etməyi gözləyir", – deyə o qeyd edib.

Vens həmçinin tərəflərin razılığa yaxın olduğunu, lakin onun bağlanması üçün əlavə işlərin görülməli olduğunu vurğulayıb. 

Rusiya müharibənin dayandırılması üçün şərtini açıqladı

Rusiya müharibənin dayandırılması üçün şərtini açıqladı

Dünya
26 iyul 2026 211 baxış
116 mindən çox sakin təxliyə edilib

116 mindən çox sakin təxliyə edilib

Dünya
26 iyul 2026 211 baxış
Rusiya Vaşinqtonun təklifinə nə cavab verəcək?

Rusiya Vaşinqtonun təklifinə nə cavab verəcək?

Dünya
26 iyul 2026 211 baxış
Ukraynada vəziyyət gərginləşir: Müharibənin miqyası genişlənir - Baku TV

Ukraynada vəziyyət gərginləşir: Müharibənin miqyası genişlənir - Baku TV

Dünya
26 iyul 2026 211 baxış
ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçir

ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçir

Dünya
26 iyul 2026 211 baxış
ABŞ təyyarələri İran sərhədləri yaxınlığında uçuşlar həyata keçirir

ABŞ təyyarələri İran sərhədləri yaxınlığında uçuşlar həyata keçirir

Dünya
26 iyul 2026 211 baxış
"The New York Times" nəşrinin iddiası gündəmi alt-üst etdi

"The New York Times" nəşrinin iddiası gündəmi alt-üst etdi

Dünya
26 iyul 2026 211 baxış
Yaponiyada ekstremal istilər həyatı iflic edib

Yaponiyada ekstremal istilər həyatı iflic edib

Dünya
26 iyul 2026 211 baxış
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib

Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib

Dünya
26 iyul 2026 211 baxış
Son 10 ilin ən güclü tayfunu kimi tarixə düşüb

Son 10 ilin ən güclü tayfunu kimi tarixə düşüb

Dünya
26 iyul 2026 211 baxış
Seçilmişlər
icon