Pleyeri seçin:

Hakan Fidan ABŞ-İran münaqişəsinin sakitləşməsi üçün sülhün vacibliyini bir daha vurğuladı - Baku TV

20 iyul 2026 55 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranla ABŞ arasında razılaşmanın yenidən bərpa edilməsinin vacibliyini vurğulayıb.

Fidan İran və ABŞ arasında davam edən qarşıdurmanın region iqtisadiyyatına mənfi təsir göstərdiyini, münaqişənin genişlənməsi riskinin isə yeni problemlər yarada biləcəyini bildirib.

“İnfrastruktur obyektlərinə hücumların şahidi oluruq. Arzumuz odur ki, İran və ABŞ arasında razılaşma mümkün qədər tez bərpa edilsin. Bildiyiniz kimi, Pakistanın vasitəçiliyi, Qətərin intensiv səyləri və Türkiyənin dəstəyi ilə əvvəllər anlaşma memorandumu hazırlanmışdı. Lakin hazırda bu prosesdən uzaqlaşmışıq. Yenidən həmin mərhələyə qayıtmaq lazımdır”, – deyə nazir vurğulayıb.

Hakan Fidan əlavə edib ki, Qətərdə keçirdiyi görüşlər zamanı da bu məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Qətər böhranın həlli üçün bütün diplomatik imkanlardan istifadə etməyə davam edir, Türkiyə isə bu istiqamətdə Doha ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, həm Qətərin təhlükəsizliyi və sabitliyi, həm də bütövlükdə Körfəz regionunda sülh və təhlükəsizliyin təmin olunması Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Ankara Körfəz ölkələri və digər İslam dövlətləri ilə sözügedən məsələ üzrə əməkdaşlığı davam etdirəcək.

İrana qarşı hərbi əməliyyat ABŞ-yə neçəyə başa gəlib? | Rəqəmlər açıqlandı - Baku TV

İrana qarşı hərbi əməliyyat ABŞ-yə neçəyə başa gəlib? | Rəqəmlər açıqlandı - Baku TV

Dünya
22 iyul 2026 55 baxış
Raketlər, təyyarələr, aramsız hava hücumları: ABŞ neçə milyard xərclədi? - Baku TV CANLI

Raketlər, təyyarələr, aramsız hava hücumları: ABŞ neçə milyard xərclədi? - Baku TV CANLI

Dünya
22 iyul 2026 55 baxış
Bu ölkə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - Baku TV

Bu ölkə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - Baku TV

Dünya
22 iyul 2026 55 baxış
ABŞ-İran qarşıdurması Cənubi Qafqazdakı geosiyasi tarazlığa necə təsir edəcək? - 24 SAAT

ABŞ-İran qarşıdurması Cənubi Qafqazdakı geosiyasi tarazlığa necə təsir edəcək? - 24 SAAT

Dünya
22 iyul 2026 55 baxış
Almaniya KNDS üzərində təsirini artırmaq istəyir - Baku TV

Almaniya KNDS üzərində təsirini artırmaq istəyir - Baku TV

Dünya
22 iyul 2026 55 baxış
Daha bir boğazdan gəmi keçmir, raket və dronlar uçur - Baku TV

Daha bir boğazdan gəmi keçmir, raket və dronlar uçur - Baku TV

Dünya
22 iyul 2026 55 baxış
ABŞ Prezidenti "Hizbullah"ın rəhbərliyi ilə birbaşa dialoqa razıdır?

ABŞ Prezidenti "Hizbullah"ın rəhbərliyi ilə birbaşa dialoqa razıdır?

Dünya
21 iyul 2026 55 baxış
Qırıcı və zenit sistemi sıradan çıxarıldı

Qırıcı və zenit sistemi sıradan çıxarıldı

Dünya
21 iyul 2026 55 baxış
Yaxın Şərqdə həm siyasi, həm də hərbi ritorika sərtləşir | ABŞ-nin maliyyəsi bitir? - Baku TV CANLI

Yaxın Şərqdə həm siyasi, həm də hərbi ritorika sərtləşir | ABŞ-nin maliyyəsi bitir? - Baku TV CANLI

Dünya
21 iyul 2026 55 baxış
"The Washington Post"dan iddialı açıqlama

"The Washington Post"dan iddialı açıqlama

Dünya
21 iyul 2026 55 baxış
Seçilmişlər
icon