Pleyeri seçin:

Hakan Fidandan Cənubi Qafqazla bağlı mühüm açıqlama - Baku TV

03 iyul 2026 387 baxış

"Türkiyə üçün Qafqazda davam edən sülh prosesi də daxil olmaqla, bir sıra qlobal məsələlərdə Rusiyanın tutduğu mövqe önəmlidir".

Bunu "CNN Türk" telekanalının canlı yayımında Türkiyənin xarici işlər naziri Hakan Fidan Ruisya lideri Vladimir Putinlə görüşü barədə danışarkən deyib.

Qara dəniz, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrikanın Türkiyə üçün mühüm coğrafiyalar olduğunu deyən Fidan sözügedən ərazilərdə ölkəsinin təsirli xarici, iqtisadi və təhlükəsizlik siyasəti olduğunu diqqətə çatdırıb.

"Putinlə görüşdə gündəmə gətirdiyim məsələr bunlardır: birinci, Ukraynadakı müharibədə Rusiyanın son mövqeyi nədir? İkinci, Qafqazda davam edən sülh prosesi və Rusiyanın burada tutduğu mövqe bizim üçün önəmlidir. Fələstin, Qəzza məsələsində tutduqları mövqe və nə düşündükləri önəmlidir", – türkiyəli nazir bildirib.

Qeyd edək ki, Hakan Fidan Rusiya–ASEAN sammiti çərçivəsində iyunun 17-də Vladimir Putinlə görüşüb.

Hakan Fidan həmçinin əlavə edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə regional məsələlərlə bağlı müntəzəm məsləhətləşmələr aparır.

"Bildiyiniz kimi, Prezidentimiz daim cənab Putinlə məsləhətləşir. Çünki bizim üçün vacib olan bölgəmizə, Qara dəniz hövzəsində davam edən münaqişəyə baxın. Qafqaz bizim üçün vacibdir, Mərkəzi Asiya və Yaxın Şərq də elədir və bütün bu bölgələrdə, eləcə də Afrika və Liviyada Türkiyə effektiv xarici və iqtisadi siyasət yürüdür", – deyə Hakan Fidan "CNN Türk"ə danışıb.

Fidan əlavə edib ki, Türkiyə rəhbərliyinin Putinin regional və digər xarici siyasi məsələlərlə bağlı baxışlarını şəxsən onun özündən öyrənməsi vacibdir.

"Cənab Putinlə əlaqələrim onunla Prezidentimiz Rəcəb Tayyib Ərdoğan arasındakı dialoq kimi qəbul edilməlidir. Mən ondan mesajlarını Putinə çatdırıram və cavablarla, şərhlərlə qayıdıram. Mövzulara gəldikdə isə vacib məsələ Rusiya-Ukrayna münaqişəsinin hazırkı vəziyyətidir. Keçən ilin mayında Rusiyaya səfər etdiyim zaman bu barədə ətraflı müzakirə etdik. Putin öz vizyonunu təqdim etdi. Bundan sonra biz bunu vasitəçilərlə geniş müzakirə etdik", – deyə Hakan Fidan bildirib.

Banner
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 387 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 387 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 387 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 387 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 387 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 387 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 387 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 387 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 387 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 387 baxış
Seçilmişlər
icon