Dünya
Pleyeri seçin:
Haniyənin vida mərasimi nə vaxt və harada keçiriləcək? | İran mediası məlumat yaydı
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar İranda üç günlük matəm elan edilib.
Bu barədə İran Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.
TASS-ın HƏMAS rəsmilərinə istinadən yaydığı xəbərinə görə, qruplaşma lideri ilə vida mərasimi avqustun 1-də İranda baş tutacaq. Dəfn mərasimi isə avqustun 2-də Qətərin Lusail şəhərində keçiriləcək.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Kopyalandı
Seçilmişlər