Pleyeri seçin:

Hava limanındakı ağlasığmaz əməlin detallarI | Dəhşətə gətirən görüntülər yayıldı

25 iyun 2025 709 baxış

Rusiyada 31 yaşlı kişi hava limanında 2 yaşlı uşağı götürərək yerə çırpıb.

Rusiya mediası xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanında baş verib.

Belə ki, azyaşlı uşağın anası hamilə olub və hadisə uşaq arabası almaq üçün övladından aralandığı zaman baş verib.

2 yaşlı uşağın yanına yaxınlaşan belaruslu Vladimir Vitkov əvvəlcə ətrafa nəzər salıb, heç kimin ona baxmadığına əmin olduqdan sonra uşağı qucağına alaraq yerə çırpıb. Ağır yaralanan uşağı ətrafdakı şəxslərdən biri dərhal qucağına götürüb.

Xəstəxanaya yerləşdirilən azyaşlı komaya girib. Hazırda Nevrologiya şöbəsində reanimasiyada olan uşağın onurğa və kəllə sınığı, qapalı kəllə-beyin travması var.

Polis hücumun irqçilik və ya digər nifrət motivləri əsasında törədilib-törədilmədiyini araşdırır. Ailənin İrandakı hücumlardan qaçaraq Əfqanıstana keçdiyi və çətin marşrutla Rusiyaya çatdığı bildirilir.

Məlumata görə, şübhəli Kipr və ya Misirdən Moskvaya uçub. Hadisədən sonra o, narkotik vasitənin təsiri altında olmaqda şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, şübhəlinin qanında marixuana izləri aşkar edilib. Digər məlumatlarda isə onun üzərində narkotik tapıldığı qeyd edilib.

Bildirilib ki, hadisə zamanı onun yanında olan qadın tanışı V.Vitkovun hərəkətindən şoka düşüb. Şübhəli şəxs "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə həbs edilib.

İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI

İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI

Dünya
11 sentyabr 2026 709 baxış
Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Dünya
11 sentyabr 2026 709 baxış
Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Dünya
11 sentyabr 2026 709 baxış
Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Dünya
11 sentyabr 2026 709 baxış
Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Dünya
11 sentyabr 2026 709 baxış
Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Dünya
11 sentyabr 2026 709 baxış
“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

Dünya
11 sentyabr 2026 709 baxış
Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Dünya
11 sentyabr 2026 709 baxış
Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Dünya
11 sentyabr 2026 709 baxış
Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Dünya
11 sentyabr 2026 709 baxış
Seçilmişlər
icon