Pleyeri seçin:

”Hər kəs buna hazır olmalıdır!” - ABŞ-dən Rusiyaya görə sərtə xəbərdarlıq

30 iyul 2025 419 baxış

Pekin Rusiya neftini idxal etməyə davam edərsə, ABŞ-dən yüksək rüsumlar tətbiq oluna bilər.

Bu xəbərdarlıqla ABŞ-nin maliyyə naziri Scott Bessent çıxış edib.

Reuters-in məlumatına görə, ABŞ və Çin arasında ticarət danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında Bessent bildirib ki, o, Vaşinqtonun Rusiyaya 15 milyard dollardan çox dəyərində ikili təyinatlı malların tədarükü, eləcə də İran neftinin idxalı ilə bağlı narahatlığını Çin tərəfinə çatdırıb.

Nazir qeyd edib ki, Konqresin Trampa sanksiya tətbiq olunan Rusiya neftini alan ölkələrə 500 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verən qanunu qəbul etməsi ABŞ-nin müttəfiqlərini Rusiyanın enerji gəlirlərini azaltmaq üçün oxşar tədbirlər görməyə təşviq edəcək: “Ona görə də mən hesab edirəm ki, sanksiyalara məruz qalan Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”.

Onun sözlərinə görə, Çin rəsmiləri cavab veriblər ki, Çin suveren dövlətdir və onlar öz enerji siyasətlərinə davam edəcəklər.

Bessent əlavə edib: "Onlar suverenliyə çox ciddi yanaşırlar. Biz buna qarışmaq istəmirik, ona görə də razılaşdılar ki, 100 faizlik rüsumları ödəməyə hazırdırlar".

Bundan əlavə, amerikalı nazir Çin Baş nazirinin müavini He Lifenqə xəbərdarlıq edib ki, Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək malların gələcək tədarükü Pekinin Avropa ilə münasibətlərinə mənfi təsir göstərə bilər: “Mən onlara qeyd etdim ki, bu, onların Avropadakı imicinə çox xələl gətirir, çünki onlar Avropa sərhəddində müharibəni təşviq edirlər”.

Dünya gündəmi Filippindəki görüşdə müzakirə olundu

Dünya gündəmi Filippindəki görüşdə müzakirə olundu

Dünya
22 iyul 2026 419 baxış
İranın İraq strategiyası: Tehran müharibənin sərhədlərini genişləndirir? - AKTUAL GÜNDƏM

İranın İraq strategiyası: Tehran müharibənin sərhədlərini genişləndirir? - AKTUAL GÜNDƏM

Dünya
22 iyul 2026 419 baxış
Ukrayna Silahlı Qüvvələri ilə bağlı vacib qərarlar verilir | Zelenski paylaşım etdi - Baku TV CANLI

Ukrayna Silahlı Qüvvələri ilə bağlı vacib qərarlar verilir | Zelenski paylaşım etdi - Baku TV CANLI

Dünya
22 iyul 2026 419 baxış
Rusiya donanmasına sarsıdıcı zərbə | Ukrayna dənizdə böyük əməliyyata başladı - Baku TV CANLI

Rusiya donanmasına sarsıdıcı zərbə | Ukrayna dənizdə böyük əməliyyata başladı - Baku TV CANLI

Dünya
22 iyul 2026 419 baxış
ABŞ hərbi infrastrukturunu İrandan qorumaq üçün İsrailə köçürür? - Baku TV CANLI

ABŞ hərbi infrastrukturunu İrandan qorumaq üçün İsrailə köçürür? - Baku TV CANLI

Dünya
22 iyul 2026 419 baxış
“Nəsr-2” əməliyyatının ikinci mərhələsi həyata keçirildi

“Nəsr-2” əməliyyatının ikinci mərhələsi həyata keçirildi

Dünya
22 iyul 2026 419 baxış
Zelenskinin vəzifəsindən azad etdiyi yüksəkrütbəli ordu rəsmisi kimdir? - Baku TV CANLI

Zelenskinin vəzifəsindən azad etdiyi yüksəkrütbəli ordu rəsmisi kimdir? - Baku TV CANLI

Dünya
22 iyul 2026 419 baxış
Yaxın Şərqdə zərbələr və qarşılıqlı təhdidlər artır

Yaxın Şərqdə zərbələr və qarşılıqlı təhdidlər artır

Dünya
22 iyul 2026 419 baxış
Madridin şimalında 30 min hektara yaxın ərazi alova qərq olub

Madridin şimalında 30 min hektara yaxın ərazi alova qərq olub

Dünya
22 iyul 2026 419 baxış
Aşkarlanan atmosfer nədən xəbər verir?

Aşkarlanan atmosfer nədən xəbər verir?

Dünya
22 iyul 2026 419 baxış
Seçilmişlər
icon