Hər üçünüzü tapdalayacağam | Paşinyandan sərt açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı debatlar keçiriləcəyi təqdirdə ölkənin sabiq prezidentlərini "divara yapışdıracağı" ilə hədələyib.
N.Paşinyan bunu parlamentdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2020-ci ildən bəri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan İkinci Qarabağ müharibəsində təslim olmağa görə onu günahlandırmağa çalışırlar.
Qeyd olunur ki, məhz buna görə Paşinyan onları canlı debatlara çağırsa da, onlar bundan imtina edirlər.
Onun sözlərinə görə, eks-prezidentlər nəsə demək istəyirlərsə, o zaman efirə çıxsınlar, vasitəçilərdən istifadə etməsinlər.
"Amma onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Bundan sonra isə övladlarını, nəvələrini mətbuat konfransına göndərirlər. Müzakirə edəcəyiniz bir şey yoxdursa, oturun və yerinizdən tərpənməyin. Mən sizinlə müzakirə etməyəcəyəm, sizi divara yapışdıracağam. Oradan isə siyasi meyitlərinizin qalıqlarını aparacaqlar. Hər üçünüzə aiddir. Əsəblərimlə oynamağa son qoyun. Mən sizi tapdalayacağam, heç bir müzakirə olmayacaq", − N.Paşinyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
