Dünya
Pleyeri seçin:
Hərbçinin dəfni üçün rüşvət istənildi
Ukraynanın Poltava Şəhər Şurasının dəfn və ritual xidmətlərinin kommunal müəssisəsinin rəsmisi müharibədə ölən hərbçilərin dəfn edilməsi üçün pul tələb edib.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, kommunal müəssisənin rəis müavini dəfn xidmətlərinin göstərilməsi ilə bağlı rüşvət istəyib.
Adı çəkilməyən iş adamı ölən hərbçilərin daşınması üçün sözügedən şəxsə qazandığı vəsaitin 25%-ni daimi olaraq nağd şəkildə ödəməli olub. O həmçinin hər dəfn üçün müəyyən məbləğdə aylıq köçürmələr etmək məcburiyyətində qalıb.
Kommunal müəssisənin rəis müavini evində aparılan axtarışlardan sonra saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Kopyalandı
Seçilmişlər