“Hesabat verməlidirlər!” | Paşinyanla erməni kilsəsi arasında münasibətlər niyə pisləşib?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyası kilsənin dövlət qarşısında maliyyə hesabatlılığını təmin edən qanun layihəsinin təşəbbüskarı olmaq niyyətindədir.
Bu barədə fraksiya katibi Artur Ovannisyan sosial mediada məlumat verib.
“Şənbə və bazar günləri “Facebook” səhifəmdə bu sualla kiçik bir sorğu yayımladım: Erməni Apostol Kilsəsi dövlət qarşısında maliyyə hesabatlı olmalıdırmı? Sorğuda 2679 istifadəçi iştirak edib: “Bəli” – 96 faiz (2575), “Xeyr” ‒ 4 faiz (104). Bu istiqamətdə qanunvericilik işləri aparmaq lazımdır”, ‒ fraksiya katibi qeyd edib.
Ermənistan Konstitusiyasına görə, kilsə dövlətdən ayrıdır və belə bir hüquqi normanın qəbul edilməsi üçün ölkənin əsas qanununun dəyişdirilməsi zəruridir.
Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
