Pleyeri seçin:

Hindistanın ittihamı aləmi bir-birinə vurdu | İslamabaddan Modiyə sərt cavab

23 may 2025 667 baxış

Pakistan Xarici İşlər Nazirliyi rəsmi İslamabadı terror aktları törətməkdə ittiham edən Hindistan Baş naziri Narendra Modinin ittihamlarını əsassız, təxribatçı və məsuliyyətsiz hesab edərək rədd edib.

Pakistan XİN Hindistan Baş nazirini iki ölkə arasında münaqişəni qızışdırmaqda günahlandırıb.

“Təhriflər, uydurma və qıcıqlandırıcı ritorika ilə zəngin bəyanatlar açıq şəkildə dar siyasi mənfəətlər üçün regional gərginliyi qızışdırmağa yönəlib. Suveren bir dövlətə qarşı təhdidlərə əl atmaq və hərbi əməliyyatlarla öyünmək BMT Nizamnaməsi və beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Bu təhlükəli yanaşma regional sülh və sabitliyə xələl gətirir”, – bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi bildirib ki, Pakistan terrorizmlə qlobal mübarizədə ardıcıl və fəal tərəfdaş olaraq qalır:

“Pakistanı terror aktları ilə əlaqələndirmək istəyən hər hansı bir təlqin faktiki olaraq yanlışdır və aşkar aldatma cəhdidir”.

Rəsmi İslamabad Hindistan rəhbərliyini məsuliyyətli olmağa və təmkinli davranmağa çağırıb:

“Pakistan sülh şəraitində birgəyaşayış, regional sabitlik və konstruktiv fəaliyyətə qəti sadiqdir. Amma bizim sülh istəyimiz zəiflik kimi qəbul edilməməlidir. Xalq və Silahlı Qüvvələr ölkənin suverenliyi və ərazi bütövlüyünü müdafiə etməyə tam hazırdır və qadirdir. İstənilən avantüra və ya təcavüz qətiyyətli və mütənasib cavabla qarşılanacaq. Pakistan keçmişdə öz qətiyyətini nümayiş etdirib, tələb olunarsa, bunu yenidən edəcək”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 667 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 667 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 667 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 667 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 667 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 667 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 667 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 667 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 667 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 667 baxış
Seçilmişlər
icon