Hörmüz boğazı ətrafında gərginlik pik həddə | Bölgədə son vəziyyət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Hörmüz boğazı İranın mülkiyyətindədir, buradan icazəsiz keçən gəmilər batırılacaq”.
Bunu İranın Ali Rəhbərinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd deyib.
“Hörmüz boğazının sahibi İrandır, hansısa gəmi icazəsiz və müəyyən qaydalara əməl etmədən bu su yolundan keçərsə, Fars körfəzinin dərinliklərində batırılacaq”, – deyə o xəbərdarlıq edib.
Musəvifərd əlavə edib ki, İranın Ali Rəhbəri Müctəba Xameneinin əmrlərinə qeyd-şərtsiz tabe olmaq İranın əsas prinsiplərindən biridir və buna qəti şəkildə əməl edilməlidir.
Bu arada, Hörmüz boğazından keçən gəmilərin sayı son bir həftə ərzində 4 dəfədən çox artıb.
“Financial Times”ın yazdığına görə, gəmiçilik fəaliyyətindəki artım gəmi sahiblərinin boğazdan təhlükəsiz şəkildə keçə biləcəklərinə olan inamından qaynaqlanır. Lakin gəmi keçidləri İsrail və ABŞ-nin İrana qarşı müharibəsindən əvvəlki dövrə nisbətən xeyli aşağı olaraq qalır.
#İran teqi istifadə olunub
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
