Hörmüz boğazını keçməyə çalışan gəmilər niyə atəşə tutuldu? - ANA XƏBƏR
Dünyanın ən strateji su yollarından biri olan Hörmüz boğazında gərginlik hərbi müstəviyə keçib. "Baku TV"nin "Ana Xəbər" buraxılışında təqdim olunan məlumata görə, bir neçə ticarət gəmisi, o cümələn Hindistan tankeri və Panama bayrağı altında üzən konteyner gəmiləri keçid zamanı atəşə tutulub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Donald Tramp administrasiyasının tətbiq etdiyi dəniz blokadasına cavab olaraq boğazda gəmilərin hərəkətinə sərt məhdudiyyətlər qoyduğu bildirilir. Hadisə zamanı gəmilərin körpü hissələrinə ziyan dəysə də, ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Videoda bölgədəki hərbi eskalasiyanın səbəbləri, ABŞ və İran hərbi gəmiləri arasında yaşanan son qarşıdurmalar və qlobal enerji bazarında yaranan təşviş barədə eksklüziv kadrlar və ekspert şərhləri yer alır.
#SEPAH teqi istifadə olunub
- SEPAH ABŞ-ni hədələdi | Gərginlik artır
- İranın yeni planı qlobal maliyyə sistemini narahat edir
- SEPAH-dan Hörmüzlə bağlı kritik çağırış | Tramp İrandan nə istəyir? - YENİ BİR SƏHƏR
- “İraq İranla ABŞ arasında vasitəçi kimi çıxış edə bilər” | Əli Əl-Zaidi
- Ağ Ev rəhbəri ABŞ və İran ordularının vəziyyətini müqayisə edib
