İki ölkənin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizə çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Eylat şəhərindən çıxdıqdan sonra ABŞ-nin raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Sa`ar 5" sinifli "INS Eilat" korveti Qırmızı dənizdə planlı təlimlər keçirib.
Bu barədə "The Times of Israel" ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.
İsrailin Müdafiə Ordusundan bildirilib ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-nin 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd olunub ki, eskadrilyanın Eylata gəlişi ABŞ Prezidenti Donald Trampın İranda etirazların sərt şəkildə yatırılması ilə bağlı ölkəyə hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.
Həmçinin vurğulanıb ki, eskadrilyanın gəlişi iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırılmış adi bir hadisədir.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
