Pleyeri seçin:

İlber Ortaylı: Türklər uşaqları ilə məşğul olmağı bacarmır

18 sentyabr 2023 354 baxış

Türkiyəli tarix professoru, akademik və yazıçı İlbər Ortaylı iş, dostluq, eşq, evlilik, uşaq və investisiya barədə insanlara bir sıra tövsiyələr verib.

O, sözügedən tövsiyələri 4.2 milyon izləyicisi olan “Instagram” səhifəsində paylaşıb. Həmin məsləhətlər aşağıdakı kimidir:

İş: İşinizi sevmirsinizsə, dərhal çıxın. Bir müddət sonra dəli ola bilərsiniz.

Dostluq: Birgə güldüyünüz və üzüldüyünüz şəxsləri dost seçin. Çünki insan ancaq dostları sayəsində ayaqda qala bilər. Dostunuz yoxdursa, demək bədbəxt insansınız, keçmiş olsun. İnsan necə qardaş-bacısına qarşı məsuliyyət hiss edirsə, dostuna qarşı da elədir. İnsanın insana sahib çıxmasından daha qiymətli şey az hallarda tapılır.

Eşq: Bizə bir ideal öyrədilib, amma hər kəs eşqi ən kəskin formada yaşamır. Çünki davam edən eşq cekpot kimidir. Zamanla silinəni çoxdur, amma onu tapa bilməyənlər də hər halda həyatlarına davam edirlər.

Evlilik: Şərt deyil. İnanlar evliliyə sürüklənirlər. Amma vaxt gəlir, adam özü də bezir. Bunu insanlar çox böyüdürlər. Düşünürəm ki, evliliyin yaxşı və ya pis getməsi sizin qavrayışınızdan asılıdır. Qavrayışınıza uyğun gəlməyən evlilik sonlandırılmalıdır.

Uşaq: Türklər, təəssüf ki, uşaqları ilə məşğul olmağı bacarmırlar. “Yeni nəsil daha yaxşıdır” deyirdim, amma o belə məhduddur. Övladına zaman ayırmalısan. “Həyat budurmu?” deyəcəksənsə, dünyaya gətirmə. Madam ki, belə bir kütləyə qoşulub çoxalırsansa, düşünməlisən. Axı sən meşə heyvanı deyilsən.

İnvestisiya: Necə investisiya edəcəyimi bilmirəm, amma pulu olan insanlara bunu tövsiyə edirəm: Türkiyədə kənd təsərrüfatına dəstək vermək bir vəzifədir. Təbiətlə məşğul olmaq yaxşıdır. Şəhərdə beton almaq əvəzinə bağ evi və ya zeytun bağı alırsınız. Orada yetişdirdiyiniz zeytun yağı həm sizi, həm də kasıbları sevindirəcək.

100-dən çox sərnişində virus aşkarlandı

100-dən çox sərnişində virus aşkarlandı

Dünya
09 may 2026 354 baxış
Macarıstanda yeni baş nazir Peter Madyar and içərək vəzifəyə başladı - ANA XƏBƏR

Macarıstanda yeni baş nazir Peter Madyar and içərək vəzifəyə başladı - ANA XƏBƏR

Dünya
09 may 2026 354 baxış
SEPAH-la əlaqəli 41 nəfər həbs edildi

SEPAH-la əlaqəli 41 nəfər həbs edildi

Dünya
09 may 2026 354 baxış
Moskvanın iyunun 7-də keçiriləcək seçkilərlə bağlı gizli planı ifşa olundu - Baku TV CANLI

Moskvanın iyunun 7-də keçiriləcək seçkilərlə bağlı gizli planı ifşa olundu - Baku TV CANLI

Dünya
09 may 2026 354 baxış
"Bu, müharibənin sonunun başlanğıcıdır" | Atəşkəs qərarı müharibəni bitirəcək?

"Bu, müharibənin sonunun başlanğıcıdır" | Atəşkəs qərarı müharibəni bitirəcək?

Dünya
09 may 2026 354 baxış
Rusiyanın neft və hərbi obyektlərinə zərbələr endirilib

Rusiyanın neft və hərbi obyektlərinə zərbələr endirilib

Dünya
09 may 2026 354 baxış
Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Demokrat partiyası hökuməti korrupsiyada ittiham edir | Albaniya

Dünya
09 may 2026 354 baxış
Rusiya Prezidentinin Astana səfəri | Gözləntilər nələrdir? - Baku TV CANLI

Rusiya Prezidentinin Astana səfəri | Gözləntilər nələrdir? - Baku TV CANLI

Dünya
09 may 2026 354 baxış
İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

Dünya
09 may 2026 354 baxış
Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Bu tapıntının əsas dəyəri tam qapalı qalmasındadır

Dünya
09 may 2026 354 baxış
Seçilmişlər
icon