Türkiyə Prezidentindən önəmli görüş | Nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinqapurun Baş naziri Lourens Vonqu qəbul edib.
Bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Görüş zamanı Türkiyə-Sinqapur ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Sinqapur arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, müdafiə sənayesi, logistika, aviasiya, dənizçilik və maliyyə sahələri başda olmaqla, bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.
Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İran və ABŞ arasında davamlı sülhün təmin olunması məqsədilə intensiv diplomatik fəaliyyət həyata keçirir. O, Hörmüz boğazında gəmiçilik və naviqasiya azadlığının qorunmasının əhəmiyyətini vurğulayaraq, Türkiyənin qardaş ölkələrlə birlikdə prosesə töhfə verməyə davam edəcəyini bildirib.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
