Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Sistan və Bəlucistan vilayətlərində terror aktının qarşısı alınıb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qərargahı məlumat yayıb.
"Dəqiq kəşfiyyat nəzarəti ilə əvvəlcədən müəyyən edilmiş və kəşfiyyat müşahidəsi altında olan bir terrorçu qrup terror aktı həyata keçirməzdən əvvəl ifşa olunub", – deyə qərargahdan bildirilib.
Qeyd edilib ki, əməliyyat zamanı yaraqlılardan biri öldürülüb, bəziləri həbs olunub, qaçanlar isə təqib edilir.
"Bu qrup bölgədə yerləşdirilən təhlükəsizlik qüvvələrinin qərargahlarına qarşı terror əməliyyatı həyata keçirməklə yanaşı, Zərabad-Kənarak yolunu bağlamağı planlaşdırırdı, lakin İslam döyüşçülərinin vaxtında atdığı addımla Sistan və Bəlucistan vilayətinin sakinlərinin təhlükəsizliyinə xələl gətirmək mümkün olmayıb. Bu vilayət İranın qırmızı xəttidir və məğlub olan düşmənin sifarişi ilə missiya həyata keçirən silahlı qruplar bizim nəzarətimizdədir", – deyə məlumatda bildirilib.
