Pleyeri seçin:

"Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA

22 iyun 2026 237 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Tbilisi yaxınlığındakı Muxrovani bazasında keçirilən “Qafqaz qartalı – 2026” birgə təlimi və onun Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri təhlil olunub.

Bildirilib ki, bu təlim təsadüfi xarakter daşımır və illik rotasiya əsasında üç ölkənin ərazisində keçirilən uzunmüddətli hərbi əməkdaşlığın əsas komponentlərindən biridir.

Qeyd olunub ki, “Caucasus Eagle – 2026” xüsusi təyinatlı bölmələrin real döyüş şəraitinə maksimum yaxın ssenarilərdə hazırlığını yoxlayan peşəkar platforma kimi çıxış edir və burada əsas diqqət kiçik elit qrupların koordinasiyalı fəaliyyətinə yönəldilir.

Vurğulanıb ki, təlim proqramına gizli hərəkət, pusqu əməliyyatları, yaşayış məntəqələrində döyüş, strateji obyektlərin ələ keçirilməsi, diversiya və əks-diversiya, yaralıların təxliyəsi və birgə komanda idarəetməsi kimi elementlər daxildir.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün bu təlim NATO standartlarına uyğun taktiki hazırlığın gücləndirilməsi, Türkiyənin xüsusi təyinatlılarının döyüş təcrübəsinin mənimsənilməsi və Gürcüstanla operativ koordinasiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda qeyd olunub ki, Türkiyənin “Bordo Berelilər” bölməsinin son illərdə qazandığı döyüş təcrübəsi və Azərbaycan xüsusi təyinatlılarının müxtəlif əməliyyatlarda nümayiş etdirdiyi peşəkarlıq tərəflər arasında bilik mübadiləsini daha da gücləndirir.

Qeyd olunub ki, müasir müharibə konsepsiyaları xüsusi təyinatlıların rolunu daha da artırır və bu prosesdə pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri və süni intellekt dəstəyi ilə inteqrasiya olunmuş əməliyyatlar əsas istiqamətlərdən birinə çevrilir.

Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Bakı qırmızı xətti göstərdi: Moskva reaksiya verməyə məcbur qaldı - AKTUAL GÜNDƏM

Siyasət
19 avqust 2026 237 baxış
Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV

Siyasət
19 avqust 2026 237 baxış
İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran XİN başçısından Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
19 avqust 2026 237 baxış
Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Rəsmi Bakıdan Rusiyanın media ictimaiyyətinə çağırış edildi - Baku TV

Siyasət
19 avqust 2026 237 baxış
Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Rusiyalı nazir müşaviri Aleksey Çadayev istefa verdi - Baku TV

Siyasət
18 avqust 2026 237 baxış
Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Siyasət
18 avqust 2026 237 baxış
Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Siyasət
18 avqust 2026 237 baxış
CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

Siyasət
18 avqust 2026 237 baxış
Bakı-Moskva xəttində yeni gərginlik: Rusiya səfiri XİN-ə çağırıldı - AKTUAL GÜNDƏM

Bakı-Moskva xəttində yeni gərginlik: Rusiya səfiri XİN-ə çağırıldı - AKTUAL GÜNDƏM

Siyasət
18 avqust 2026 237 baxış
Prezident Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Prezident Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
18 avqust 2026 237 baxış
Seçilmişlər
icon