İlin sonuna qədər 7 ölkə ilə saziş bağlana bilər
Ukrayna ilin sonuna qədər azı yeddi NATO ölkəsi ilə mühüm müdafiə sazişləri bağlamağa ümid edir.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu, Kiyevin təkcə hərbi texnika alan deyil, həm də onu təchiz edən tərəf ola biləcəyini nümayiş etdirməyə yönələn xarici siyasətinin yeni bir aspektini əks etdirir.
Məlumata görə, son aylarda Kiyev altı ölkə ilə "dron sazişləri" imzalayıb. Bildirilib ki, Azərbaycanla da saziş imzalanıb.
Materialda vurğulanıb ki, bu təşəbbüs "dron sazişi" adlandırılsa da, əslində o, təkcə dronlardan daha geniş bir sahəni əhatə edir.
“Daha vacibi isə təcrübə və biliklər, eləcə də burada – Ukraynada sistemi təşkil edən bütün komponentlərə çıxış imkanıdır", – deyə Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini David Aloyan bildirib.
#NATO teqi istifadə olunub
- Ankara sammitinin pərdəarxası: NATO-nun yeni liderləri müəyyənləşdi? - AKTUAL GÜNDƏM
- Mark Rutte Ankaradakı sammitdə İranla bağlı nələri açıqladı? - Baku TV CANLI
- NATO-nun təhlükəsizlik gündəliyi: Ukrayna, İran və Yaxın Şərqdə nələr dəyişəcək? - AKTUAL GÜNDƏM
- NATO-dan müdafiə sənayesində inqilabi addım | Rutte detalları açıqladı - Baku TV
- Rusiyaya qarşı nəhəng silahlanma planı: Ruttedən tarixi açıqlamalar - Baku TV CANLI
