Pleyeri seçin:

İmperator və kralların qeyri-adi özəllikləri | Tarixi dünya liderləri barədə qəribə faktlar

04 yanvar 2025 606 baxış

Dünyada bəzi tarixi liderlərin qeyri-adi vərdişləri olub.

Məslən, Napoleon Bonapart çox sürətlə yazdığı üçün məktubları tez-tez anlaşılmaz olurdu. Həmçinin Napoleon gün ərzində cəmi 4 saat yatırdı. O, uzun müddət vannada qalır və bu zamanda belə dövlət işləri ilə məşğul olurdu. Vacib məsələlərə məhz vanna otağında qərar verirdi.

Çingiz Xan döyüşlərdən əvvəl xüsusi bir meditasiya texnikasından istifadə edirdi. Bu ayin onun özünü sakitləşdirməyə və diqqətini cəmləməyə kömək edirdi. O, qadınların iradəsinə zidd hərəkət edənləri ağır şəkildə cəzalandırırdı. Təcavüzkarlığı dayandırmaq üçün sərt qaydalar tətbiq etmişdi. Amma özü çoxsaylı evliliklərə və hərəm qurmağa üstünlük verirdi.

Adolf Hitler tarixdə nadir hallarda rast gəlinən bir lider kimi vegetarian pəhrizi saxlayırdı. O, öz çıxışlarını saatlarla aynanın qarşısında məşq edirdi. Hitler özünü hər zaman lider kimi göstərmək üçün xüsusi olaraq dizayn edilmiş uniforma və müxtəlif dərmanlardan istifadə edirdi.

Stalin gecələr işləməyi daha çox sevirdi. O, əksər işlərini gecə yarısı edərdi. Yumor hissinə malik Stalin həddindən artıq siqaret çəkirdi. Amma onun bəzən bu zarafatları ətrafındakıları narahat edirdi. Çünki Stalinin çox vaxt zarafatları iynəli şəkildə olurdu. Onun qarşısındakı şəxslər nə deyəcəyini düşünərkən ehtiyatlı davranmalı idilər, çünki onun bu zarafatları bəzən təhlükəli sonluqla bitə bilərdi.

Sultan Süleyman Qanuni Osmanlı imperiyasının ən güclü hökmdarlarından biri olmasına baxmayaraq, o, böyük şair idi. “Muhibbi” təxəllüsü ilə şeir yazan Süleymanın bu incə tərəfi müharibə meydanındakı sərt obrazına zidd idi. O, zərgərlik sənətinə marağı ilə tanınırdı. Qızıl və qiymətli daşlarla işləməyi sevir, hətta bəzi zinət əşyalarını özü düzəldirdi.

Fransız Kralı XIV Lüdovikin hər səhər oyanışı möhtəşəm bir mərasimlə qeyd olunurdu. Hər kəs kralın paltarı geyinməsini izləmək üçün növbəyə dayanırdı. O, saçlarının seyrək olmasına görə dəbdəbəli “pariklər” taxırdı. Lüdovik çox dinar biri idi. O, özünü Tanrının yer üzündəki nümayəndəsi olaraq düşünürdü.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 606 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 606 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 606 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 606 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 606 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 606 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 606 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 606 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 606 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 606 baxış
Seçilmişlər
icon