Pleyeri seçin:

Bayden, Putin, Zelenski və Makrondan Ərdoğana mesaj

29 may 2023 506 baxış

Dünya liderləri Rəcəb Tayyib Ərdoğanı Prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.

ABŞ Prezidenti Co Bayden “Twitter”dəki təbrik paylaşımında Türkiyə ilə ikitərəfli məsələlər üzrə işləməyə davam etməyi səbirsizlikə gözlədiyini qeyd edib. Rusiya lideri Vladimir Putin isə təbrikində türkiyəli həmkarının Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsinə töhfəsini qeyd edərək, tərəflər arasında konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Fransa Prezindenti Emmanuel Makron Ərdoğanı türk dilində təbrik edib. “Fransa və Türkiyənin birlikdə öhdəsindən gəlməli olduğu önəmli məsələlər var. Yenidən seçilməsi münasibətilə təbrik etdiyim Prezident Ərdoğanla birlikdə irəliyə getməyə davam edəcəyik”, – deyə E.Makron yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də Ərdoğanı türk dilində təbrik edib. “Ümidim torpaqlarımızın mənafeyi naminə, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə qarşılıqlı əməkdaşlığı gücləndirməkdir”, – deyə V.Zelenski vurğulayıb.

Böyük Britaniya Baş naziri Rişi Sunak isə “Twitter”dəki təbrik paylaşımında ölkəsi ilə Türkiyə arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Almaniya kansleri Olaf Şolts isə ölkəsi ilə Türkiyənin yaxın tərəfdaşlar və müttəfiqlər olduğunu qeyd edib.

Ərdoğanı təbrik edənlər arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də var. “Qarşıdakı illərdə Aİ-Türkiyə əlaqələrini dərinləşdirməklə bağlı sizinlə yenidən işləməyi səbirsizliklə gözləyirəm”, – deyə Ş.Mişelin təbrik paylaşımında qeyd olunub.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen təbrik mesajında qeyd edib ki, Aİ-Türkiyə əməkdaşlığı xalqların xeyrinədir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Türkiyə liderini yenidən prezident seçilməsi münasibətilə təbrik edib. “Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində gördüyümüz işlərin davamını səbirsizliklə gözləyirəm”, – deyə Baş nazir qeyd edib.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 506 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 506 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 506 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 506 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 506 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 506 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 506 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 506 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 506 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 506 baxış
Seçilmişlər
icon