İmran Xanın ölüm xəbəri gerçək imiş, yoxsa...
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın sabiq baş naziri İmran Xanın ölüm xəbəri təkzib olunub.
Onun saxlanıldığı Adiala həbsxanasının administrasiyası bildirib ki, Ədalət Hərəkatı Partiyasının təsisçisi sağdır.
"İmran Xanın səhhətində də heç bir problem yoxdur. Ona vaxtlı-vaxtında lazımi tibbi xidmətlər də göstərilir", – deyə məlumatda bildirilib.
Pakistanın müdafiə naziri Xəvaca Asif qeyd edib ki, İmran Xan məhkum kimi azadlıqda olduğundan daha yaxşı yaşayır. "İmran Xana həbsxanada elə yemək verirlər, sanki o, beşulduzlu hoteldədir", – deyə Xəvaca Asif bildirib.
Qeyd edək ki, onun ölüm xəbərini Pakistanla düşmənçilik münasibətlərinə malik Əfqanıstan və Hindistana aid kütləvi informasiya vasitələri yayıb. Ekspertlər isə bunu informasiya savaşının bir hissəsi adlandırmışdı. Həbsxana administrasiyasının dolaşan xəbərlərə münasibət bildirməsi ilə İmran Xanın öldüyünü tirajlayanların yox, ekspertlərin rəyi düz çıxdı.
#İmran Xan teqi istifadə olunub
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Pakistanın keçmiş baş nazirinin səhhəti ilə bağlı yeni məlumat - Baku TV CANLI
- "Anadolu" agentliyi İmran Xanla bağlı həqiqəti üzə çıxardı
- “Niyə məhz Ərdoğan?” | Həqiqətlər üzə çıxdı: İmran Xan azadlıqdadır, yoxsa...? - Baku TV
