İrakli Qaribaşvili satqınlara od püskürdü | Həkimə getməyi məsləhət görürəm
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili partiyadan getməsi ilə bağlı mediada yayılan informasiyanı absurd adlandırıb.
Bu barədə o, yerli KİV-ə verdiyi müsahibəsində bildirib.
“Son günlər ictimaiyyətin də şahid olduğu absurd böhtanlara, ittihamlara və yalanlara cavab vermək istəyirəm. Biz bəyanat da yaydıq. Mətbuatda ölkəmizin çox böyük problemlərlə üzləşdiyi vaxtda partiyadan ayrılmağım barədə məlumat yayılıb. Bu, yalandır. Hər kəs məni yaxşı tanıyır və bilir ki, bu mənim atacağım bir addım deyil. Mənim öz qaydalarım və prinsiplərim var.
Əlavə olaraq, satqın Baçiaşvili və onun tayı olan Qaxariyaya həkimə getməyi məsləhət görürəm. Məşq zamanı aldığım kiçik zədədən istifadə edərək haqqımda qalmaqal yaradan şəxslərdən söhbət gedir. Onlar hər şeyi özlərindən uydurublar”, – deyə İrakli Qaribaşvili qeyd edib.
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin ciddi xəsarətlərlə Tbilisidə xəstəxanalardan birinə yerləşdirildiyi barədə xəbərlər yayılıb.
Onun “Gürcü Arzusu” Partiyasında yaranan qarşıdurma zamanı xəsarət aldığı deyilib. Əslində isə məşq zamanı çiynindən zədə alıb və buna baxmayaraq, fəaliyyətini davam etdirir.
#Gürcüstan teqi istifadə olunub
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
