İran ABŞ-nin tələbini yerinə yetirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
"İran ABŞ ilə danışıqlarda bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb".
Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "CBS News"a verdiyi müsahibədə bildirib.
O aydınlıq gətirib ki, bu, Vaşinqtonun nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün Tehrana qarşı əsas tələblərindən biridir.
"Mövcud ehtiyatlara gəldikdə, inanıram ki, artıq onların mümkün olan minimum səviyyəyə – neytral, təbii səviyyəyə qədər emal ediləcəyi barədə razılığa gəlinib. Yəni onlar yanacağa çevriləcək və bu yanacaq geridönməz olacaq", – deyə nazir bildirib.
Bədr əl-Busaidi əlavə edib ki, İran MAQATE müfəttişlərinə nüvə obyektlərinə giriş imkanı verməyə razılıq verib.
Onun sözlərinə görə, ABŞ və İran arasında razılaşma əldə etmək mümkündür, lakin bəzi detalları dəqiqləşdirmək üçün bir az daha vaxt lazımdır.
#İran teqi istifadə olunub
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
