İran ABŞ-yə görə uranın zənginləşdirilmə səviyyəsini 20 faizə endirməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran Vaşinqtonun müəyyən güzəştləri qarşılığında uranın zənginləşdirilmə səviyyəsini 60 faizdən 20 faizə endirməyə hazırdır.
Bu barədə İranın Ali Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxani “Al Mayadin” telekanalına müsahibəsində bildirib.
Əli Şamxani qeyd edib ki, ABŞ tərəfi bu məsələ ilə bağlı narahatdırsa, Tehran səviyyənin azaldılmasına gedə bilər, lakin bunun qarşılığında konkret addımlar atılmalıdır.
Onun sözlərinə görə, İran uranın 60 faizə qədər zənginləşdirilməsinə iki əsas səbəblə yanaşır: "Birincisi, düşmənlərin mümkün planlarının qarşısını almaq, ikincisi isə danışıqlar və dialoq üçün hazırlıq görmək".
Əli Şamxani vurğulayıb ki, Tehran mövqeyində prinsipialdır və nüvə proqramı ilə bağlı qərarlar qarşılıqlı öhdəliklər əsasında qəbul edilə bilər.
#İran teqi istifadə olunub
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
