İran əməliyyatlarda hansı raketlərdən istifadə edir?
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusu "Gerçək Vəd 4" əməliyyatının 42-ci dalğasında Təl-Əvivin mərkəzi və ABŞ-nin bazalarını hədəf alıb.
Bu barədə ISNA məlumat yayıb.
Qeyd olunub ki, hücumlarda "İmad", "Qədr", "Xeybərşekan" və "Fəttah" raketləri, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub.
"İran ABŞ ilə savaşın tezliklə yekunlaşmasına imkan verməyəcək". Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X"dəki hesabında yazıb.
O, ABŞ ilə savaşı bitirməyin şərtini də açıqlayıb.
"Səhvinizi etiraf edib, buna görə cavab verməyənə qədər sizi buraxmayacağıq", – deyə Ə.Laricani qeyd edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai isə hazırkı müharibəni BMT üçün "sonun başlanğıcı" adlandırıb.
"İrana qarşı müharibə BMT-nin dünya səhnəsində sonunun başlanğıcıdır, çünki bu təşkilat ölkəmizə qarşı təcavüzlə bağlı düzgün mövqe tuta bilməyib", – deyə o əlavə edib.
Bu arada, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün növbədənkənar sessiya keçirəcək.
#SEPAH teqi istifadə olunub
- SEPAH-dan sensasiya: Yolu bağlayıb qərargahlara hücum edəcəkdilər - Baku TV CANLI
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
