İran heç vaxt bunu etməyəcək, amma... | Xameneinin müşavirindən ABŞ-yə mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Tehran müəyyən şərtlər daxilində və Vaşinqtonun iqtisadi sanksiyaları ləğv etməsi müqabilində ABŞ ilə nüvə enerjisi üzrə saziş imzalamağa hazırdır”.
Bunu İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxani “NBC News” telekanalına deyib.
O, İranın heç vaxt nüvə silahı yaratmayacağını, silah istehsal etmək üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından xilas olacağını və uranı yalnız mülki məqsədlər üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə razı olacağını öhdəsinə götürəcəyini bildirib.
Ə.Şamxani həmçinin qeyd edib ki, Tehran İrana qarşı bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində beynəlxalq müfəttişlərə bu prosesi izləməyə icazə verəcək.
Bu şərtlər yerinə yetirilərsə, İranın bu gün sazişi imzalamağa razı olub-olmayacağı sualına Ə.Şamxani müsbət cavab verib: “Bütün bunlar mümkündür. Əgər amerikalılar onların dediyi kimi hərəkət etsələr, o zaman əlbəttə ki, münasibətlərimiz yaxşılaşa bilər. Bu, yaxın gələcəkdə vəziyyətin yaxşılaşmasına səbəb ola bilər”.
NBC hesab edir ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın “zeytun budağı” təklifinə reaksiya olub.
D.Tramp eyni zamanda Tehran nüvə sazişini qəbul etməkdən imtina edərsə, sanksiyaların sərtləşdirilməsi barədə xəbərdarlıq edib.
Ə.Şamxani D.Trampın tonundan və davam edən təhdidlərindən məyus olduğunu bildirib. İran rəsmisi “o, görmədiyimiz zeytun budağından danışır” deyib.
ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçən həftənin bazar günü Omanda baş tutub. İran və Amerika nümayəndə heyətlərinə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq ediblər.
İranın diplomatik missiyasının rəhbəri bir sıra güzəştlərə getməyə hazır olduğunu, tərəflərin danışıqları davam etdirməyə razılaşdıqlarını açıqlayıb.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
