Dünya
Pleyeri seçin:
İran hədəflərin vurulduğunu desə də... | XİN başçısı hansı ölkələri hədələdi?
“İran İsrailə öz hava məkanından istifadə imkanı yaradan istənilən dövləti özünə düşmən hesab edəcək”.
Bu barədə İran xarici işlər naziri Abbas Əraqçı bildirib.
O vurğulayıb ki, İslam Respublikası öz mövqeyini bütün ölkələrə çatdırıb. Nazir İsrailin İrana zərbə endirməsi üçün heç bir dövlətin belə bir imkan yaratmayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, oktyabrın 1-dən 2-nə keçən gecə İran İsrailin hava məkanını pozaraq azı 200-ə qədər raketi havaya buraxıb. Məsələnin ən müəmma doğuran tərəfi isə ondan ibarətdir ki, İran tərəfi aviazərbələrin 90 faizinin hədəfə çatdığını bildirsə də, rəsmi Təl-Əviv bu məlumatları təkzib edərək raketlərin 90-95 faizinin havada ikən zərərsizləşdirildiyini açıqlayıb.
Kopyalandı
Seçilmişlər