Dünya
Pleyeri seçin:

İran Hərbi Hava Qüvvələrini hazır vəziyyətə gətirdi | Müharibə başlayır?

06 oktyabr 2024

“İran tarixdəki ən böyük ballistik raket hücumlarını reallaşdırmaqla ərazimizə yüzlərlə raket atıb. Dünyanın heç bir ölkəsi öz şəhərlərinə və vətəndaşlarına belə hücumu qəbul etməz. İsrailin də özünü müdafiə etmək və bu hücumlara cavab vermək hüququ var və bunu edəcək”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. Baş nazir həmçinin Fransa Prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.

B.Netanyahu Fransa liderinin sözlərini biabırçılıq adlandırıb və ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edə biləcəyini bildirib:

“Biz İranın başçılıq etdiyi qüvvələrə qarşı mübarizə apararkən bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə Prezident E.Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”, – deyə B.Netanyahu bildirib.

Həmçinin İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari də İranın hücumlarına cavab verəcəklərini dilə gətirib.

“Russia Today”in məlumatına görə, İran isə oktyabrın 9-dək ölkənin qərbindəki hava məkanını bağlayıb. Bildirilib ki, İran Hərbi Hava Qüvvələri İsrailin cavab zərbəsi ərəfəsində ən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac olmayan ölkə - ORALARDA NECƏDİR?

Dünya
05 oktyabr 2024
Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?

Dünya
05 oktyabr 2024
Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Daşqın bu ölkədə ağır fəsadlara səbəb oldu | Dəhşətə gətirən mənzərə

Dünya
05 oktyabr 2024
Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Yaponiyanın yeni Baş nazirindən ABŞ-ni qəzəbləndirəcək təklif

Dünya
05 oktyabr 2024
Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Son 24 saatda həlak olan Livan sakinlərinin sayı açıqlandı

Dünya
05 oktyabr 2024
İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

İran XİN rəhbəri atəşkəs üçün ölkəsinin şərtini açıqladı

Dünya
05 oktyabr 2024
Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Xameneidən müharibə mesajı | Ali dini lider kürsüyə belə çıxdı

Dünya
05 oktyabr 2024
Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Regionda vəziyyəti qarışdıracaq iddia | Rusiya FTX direktoru daha nələri açıqladı?

Dünya
05 oktyabr 2024
Daxili və xarici xəyanətlərə uğradıq | Ərdoğan ölkələrə elə bir mesaj göndərdi ki…

Daxili və xarici xəyanətlərə uğradıq | Ərdoğan ölkələrə elə bir mesaj göndərdi ki…

Dünya
05 oktyabr 2024
Həsən Nəsrullahın dəfni ilə bağlı müəmmalı açıqlama | Mərasim İsrailin hədəfinə çevrilə bilər?

Həsən Nəsrullahın dəfni ilə bağlı müəmmalı açıqlama | Mərasim İsrailin hədəfinə çevrilə bilər?

Dünya
05 oktyabr 2024
Seçilmişlər
icon