İran Hörmüz boğazından keçid üçün rüsumların tətbiqini təsdiqlədi
İran Parlamentinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq etmək planını təsdiqləyib.
Bu barədə "Tasnim" agentliyi məlumat verib.
Boğazda gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni plana həmçinin ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulması da daxildir. Rüsumların İran rialı ilə ödənilməli olduğu göstərilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio martın 30-da "ABC News" telekanalına müsahibəsində ABŞ-nin İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcəyini deyib.
"İran hakimiyyəti Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaq, keçid haqqı sistemi tətbiq etmək və digər tədbirlərlə hədələyir. Bu baş verməyəcək və ABŞ Prezidenti Donald Trampın bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var", – deyə Rubio vurğulayıb.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazı ilə bağlı qərar | İran genişmiqyaslı yoxlamalara razılıq verəcək? - Baku TV
- Tramp ABŞ-İran memorandumuna şərt qoydu | ABŞ boğazda ödənişləri bərpa edəcək? - Baku TV
- ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yaydı
- Netanyahu "atəşi dayandırmaq" tapşırığı verdi
- "2-3 həftəlik bombardman...” | Tramp yeni əməliyyatların anonsunu verdi? - Baku TV
