İran Hörmüz boğazını açdı
“İran Hörmüz boğazını bir də heç vaxt bağlamayacaq”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, İran buna dair öhdəlik götürüb və Hörmüz boğazından artıq dünyaya qarşı silah kimi istifadə etməyəcək.
Ağ Ev rəhbəri həmçinin İranla danışıqlarda vasitəçiliyə görə Pakistana təşəkkür edib.
O, Hörmüz boğazının atəşkəsin sonuna qədər ticarət gəmiləri üçün açılmasına görə Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan Ordusunun komandanı feldmarşal Asim Munirə minnətdarlıq edib və onları “fantastik insanlar” adlandırıb.
Donald Tramp eyni zamanda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə cəsarət və köməyə görə təşəkkür edib.
Tramp sonda əlavə edib ki, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.
ABŞ Prezidenti NATO-ya da ismarış göndərib. O, Alyansı növbəti dəfə “kağız pələng” adlandırıb.
“NATO-dan mənə zəng daxil oldu və bizdən köməyə ehtiyacımızın olub-olmadığını soruşdular. Mən onlara dedim ki, sadəcə, gəmilərini neftlə doldurmaq istəmirlərsə, uzaq dursunlar. Onlara ehtiyacımız olanda faydasız oldular”, – deyə D.Tramp vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Səfirdən etiraf: "S-400 məsələsi tezliklə həll olunacaq"
- ABŞ-İran razılığa gələ bilər: İsrail Livandan çıxır? - AKTUAL GÜNDƏM
- ABŞ-nin Avropa ölkələrinə silah tədarükünü təxirə salmasının səbəbi
- Ölkələr arasında geniş perspektivlərin olduğu vurğulanıb - Baku TV
- Vaşinqton Pekinə güzəştə gedir? | Siyasi baxışlarda uyğunluq və ya ziddiyyət - Baku TV
