Pleyeri seçin:

İran İraq və Suriyada nailiyyətlərini qorumaq üçün nələr etdi? | Detallar açıqlandı

04 mart 2025 192 baxış

İran və Türkiyə arasında uzun müddətdir fikir ayrılıqlarının olduğunu hamı bilir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Türkiyə xarici işlər naziri Hakan Fidanın İranla bağlı son açıqlamaları ilə bağlı sualını cavablandıran diplomat qeyd edib:

“Türkiyə ilə münasibətlərə böyük əhəmiyyət veririk. Münasibətlərimizdə ortaq maraqlar problemi var, üstəlik, Türkiyə ilə uzun müddətdir fikir ayrılıqlarımızın olduğunu hamı bilir. Hər iki tərəfin uğuru fikir ayrılıqlarını kifayət qədər ağıllı şəkildə idarə etməkdədir. Maraqlıdır ki, hər iki tərəf yaxşı münasibətləri pozmadan bunu edir. Həmçinin eşitdiyimiz sözlər konstruktiv deyildi”.

Türkiyə xarici işlər naziri Hakan Fidan bundan əvvəl “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İran bölgədəki nailiyyətləri üçün böyük resursları qurban verib. İranın Suriyada hakimiyyət dəyişikliyindən sonrakı siyasətindən danışan H.Fidan söyləyib:

“Region ölkələrində yaraqlılar vasitəsilə xarici siyasət yürütməsi məsələsi İranın uzun müddətdir böyük risk altında həyata keçirdiyi siyasətdir. Müəyyən irəliləyiş əldə edib, amma bu uğurları qorumaq üçün çəkdiyi xərclər daha böyükdür. İraq və Suriyada əldə etdiyi nailiyyətləri qorumaq üçün İran bu qazanclardan daha çoxunu qurban verməli oldu”.

Nazirin sözlərinə görə, danışıqlar zamanı İran rəsmilərinə bildirib ki, bu xarici siyasət yanaşması dəyişməlidir. Nazir vurğulayıb ki, belə siyasət müəyyən nəticələr versə də, həm İran, həm də region üçün böyük yük yaradır:

“İran yeni dövrün hadisələrindən nəticə çıxarmalı, regional həmrəylik gücləndirilməlidir. İndi köhnə səhvləri davam etdirməyin vaxtı deyil”.

Alimlərdən ulduzlararası kometa ilə bağlı qeyri-adi məlumat

Alimlərdən ulduzlararası kometa ilə bağlı qeyri-adi məlumat

Dünya
08 dekabr 2025 192 baxış
“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

Dünya
08 dekabr 2025 192 baxış
Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Dünya
08 dekabr 2025 192 baxış
“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

Dünya
08 dekabr 2025 192 baxış
Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Dünya
08 dekabr 2025 192 baxış
İsrailin Baş naziri siyasətdən gedəcək?

İsrailin Baş naziri siyasətdən gedəcək?

Dünya
08 dekabr 2025 192 baxış
Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Dünya
08 dekabr 2025 192 baxış
Çamadan oğurluğunda 21 nəfər xəsarət alıb | London

Çamadan oğurluğunda 21 nəfər xəsarət alıb | London

Dünya
08 dekabr 2025 192 baxış
ABŞ İsrail və Qətəri barışdırmaq istəyir

ABŞ İsrail və Qətəri barışdırmaq istəyir

Dünya
08 dekabr 2025 192 baxış
Gərginlik səbəbindən sərhəd ərazisində yaşayanlar köçürülür

Gərginlik səbəbindən sərhəd ərazisində yaşayanlar köçürülür

Dünya
08 dekabr 2025 192 baxış
Seçilmişlər
icon