Pleyeri seçin:

İran İsrail kəşfiyyatını bu yolla çaşdırır? - Süleymaninin varisi ilə bağlı müəmma

08 oktyabr 2024 263 baxış

SEPAH-ın əsasən Yaxın Şərqdə fəaliyyət göstərən xüsusi birliyi olan “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürüldüyü haqda məlumatlar yayılıb.

Bu barədə İsrail mediasında xəbərlər tirajlanır.

Ehtimallara görə, iranlı general “Hizbullah” lideri Həsən Nəsrullah öldürülən zaman onunla eyni bunkerdə olub və İsrailin zərbəsi nəticəsində o da ölüb. İran tərəfi məlumatı təkzib etsə də, Qaani Nəsrullahın ölümündən sonra yoxa çıxıb.

Onun yoxa çıxmasına səbəb olacaq amillər kifayət qədərdir. Birinci ehtimal, həqiqətən də İsmayıl Qaani də Həsən Nəsrullahla birlikdə öldürülüb. İran tərəfi bunu hələlik açıqlamaq istəmir, çünki bu yeni sensasiyaya səbəb ola bilər. Bu halda İran İsrailə daha güclü cavab verməlidir ki, Tehran hələlik buna tam hazır deyil.

İkinci ehtimal İsmayıl Qaaninin sağ olması, ancaq ağır yaralı olmasıdır. Bu halda da İran tərəfi bunu gizlətməyə çalışacaq. Çünki bu, SEPAH daxilində çaxnaşma yarada bilər. Həmçinin İranın İsrailə qarşı zəif vəziyyətə düşməsinə də səbəb ola bilər.

Üçüncü ehtimal isə odur ki, İran tərəfi haqlıdır, İsmayıl Qaani sağdır, Həsən Nəsrullahın ölümündən sonra konkret hədəf halına gəlib, buna görə də İran onu ciddi mühafizə altında saxlayır. Qaaninin öldüyü haqda məlumatların yayılması da İranın İsrail kəşfiyyatını ondan uzaq tutmaq üçün çaşdırıcı fəndi ola bilər.

Slovakiyada maraqlı sorğu: əhali Bakının "Dünya İdman Paytaxtı" seçilməsindən xəbərdardır? - Baku TV

Slovakiyada maraqlı sorğu: əhali Bakının "Dünya İdman Paytaxtı" seçilməsindən xəbərdardır? - Baku TV

Dünya
25 avqust 2026 263 baxış
Tramp Kanadanın iqtisadi baxımdan ABŞ-dən asılı olduğunu bildirib

Tramp Kanadanın iqtisadi baxımdan ABŞ-dən asılı olduğunu bildirib

Dünya
25 avqust 2026 263 baxış
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu

Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu

Dünya
25 avqust 2026 263 baxış
200 mindən çox əcnəbinin vizası ləğv olunur

200 mindən çox əcnəbinin vizası ləğv olunur

Dünya
25 avqust 2026 263 baxış
Qazaxıstan və Ermənistan əlaqələrin genişləndirilməsi istiqamətində yeni addım atdı - Baku TV CANLI

Qazaxıstan və Ermənistan əlaqələrin genişləndirilməsi istiqamətində yeni addım atdı - Baku TV CANLI

Dünya
25 avqust 2026 263 baxış
Netanyahudan şok iddia | Sui-qəsd cəhdinin arxasında kim dayanır? - Baku TV

Netanyahudan şok iddia | Sui-qəsd cəhdinin arxasında kim dayanır? - Baku TV

Dünya
25 avqust 2026 263 baxış
Silahlı hücum zamanı iki nəfər öldürülüb

Silahlı hücum zamanı iki nəfər öldürülüb

Dünya
25 avqust 2026 263 baxış
ABŞ yenidən İrana zərbələr endirəcək?

ABŞ yenidən İrana zərbələr endirəcək?

Dünya
25 avqust 2026 263 baxış
Almaniyada kansler dəyişikliyi olacaq?

Almaniyada kansler dəyişikliyi olacaq?

Dünya
25 avqust 2026 263 baxış
“Yeni məhdudiyyətlərə tam hazırıq” | İrandan reaksiya

“Yeni məhdudiyyətlərə tam hazırıq” | İrandan reaksiya

Dünya
25 avqust 2026 263 baxış
Seçilmişlər
icon