Pleyeri seçin:

İran İsrailə qarşı əməliyyatları dayandırdı? | Yaxın Şərqdə son vəziyyət - Baku TV

09 iyun 2026 129 baxış

İran atəşkəslə bağlı ABŞ-yə xəbərdarlıq ünvanlayıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, ABŞ və İsrail etimad yaratmaq üçün əsl iradə nümayiş etdirməyənə qədər Tehranın cavabı sərt olacaq.

Yeri gəlmişkən, İranın “Fars” agentliyi ölkənin silahlı qüvvələrinin İsrailə qarşı hərbi əməliyyatları dayandırdığına dair məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə ordu daha sərt zərbələrlə cavab verəcək. “Reuters” agentliyinin yazdığına görə, bu Cənubi Livana ediləcək istənilən hücumları da əhatə edir.

“İsrail tam özünümüdafiə hüququnu özündə saxlayır və Livanın “Hizbullah” hərəkatı tərəfindən gələn istənilən təhdidlərə sərt reaksiya verməyə hazırdır”. İsrailin Baş naziri Benyamin Netanyahu belə bir açıqlama verib.

O əlavə edib ki, əgər İran və “Hizbullah” İsrailə zərbələri bərpa edərsə, hakimiyyət qətiyyətli cavab verəcək və özünümüdafiə hüququndan istifadə edəcək. Baş nazir həmçinin qeyd edib ki, İran və “Hizbullah”la mübarizə hələ başa çatmayıb.

Bu arada, İsrail Müdafiə Ordusu Livanın cənubunda, “Hizbullah” silahlılarının ehtimal olunan obyektlərinin yerləşdiyi altı yaşayış məntəqəsinə aviazərbələr endirib. İsrail Ordusunun hücumları Livan ərazisindən Yuxarı Qalileya istiqamətinə raketlərin atılmasından sonra həyata keçirilib. Qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysan rayonuna daxil olan İsrail hərbçilərinin karvanını atəşə tutublar.

Putin Qərbi illər əvvəl verilən vədi pozmaqda ittiham etdi - Baku TV CANLI

Putin Qərbi illər əvvəl verilən vədi pozmaqda ittiham etdi - Baku TV CANLI

Dünya
27 iyul 2026 129 baxış
Hörmüz üçün təhlükəsizlik mexanizmi hazırlanır

Hörmüz üçün təhlükəsizlik mexanizmi hazırlanır

Dünya
27 iyul 2026 129 baxış
Müdafiə planları cəmiyyətdə narazılıq yaradır

Müdafiə planları cəmiyyətdə narazılıq yaradır

Dünya
27 iyul 2026 129 baxış
Rusiyanın silah bazarı əldən çıxır? | 24 qırıcı sifarişi iddiasının arxasında nə dayanır?

Rusiyanın silah bazarı əldən çıxır? | 24 qırıcı sifarişi iddiasının arxasında nə dayanır?

Dünya
27 iyul 2026 129 baxış
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini tənqid etdi

Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini tənqid etdi

Dünya
27 iyul 2026 129 baxış
Almaniya hərbi büdcəni rekord həddə çatdırır: Yeni plana nələr daxildir? - Baku TV CANLI

Almaniya hərbi büdcəni rekord həddə çatdırır: Yeni plana nələr daxildir? - Baku TV CANLI

Dünya
27 iyul 2026 129 baxış
Ukrayna Moskvaya yeni hücumlarla cavab verir

Ukrayna Moskvaya yeni hücumlarla cavab verir

Dünya
27 iyul 2026 129 baxış
İspaniyada meşə yanğınları həyatı iflic edib

İspaniyada meşə yanğınları həyatı iflic edib

Dünya
27 iyul 2026 129 baxış
“Rusiya qarşısına qoyduğu məqsədlərə çatacaq” | Putindən açıq mesaj - Baku TV CANLI

“Rusiya qarşısına qoyduğu məqsədlərə çatacaq” | Putindən açıq mesaj - Baku TV CANLI

Dünya
27 iyul 2026 129 baxış
İran XİN sözçüsündən ABŞ-yə müharibə barədə qəti xəbərdarlıq - Baku TV CANLI

İran XİN sözçüsündən ABŞ-yə müharibə barədə qəti xəbərdarlıq - Baku TV CANLI

Dünya
27 iyul 2026 129 baxış
Seçilmişlər
icon