Pleyeri seçin:
İran Qərbi ittiham etdi | ABŞ hərbi cinayətlərin izini silir? - Baku TV
"ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsi hərbi cinayətlərin silinməsi cəhdidir".
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
"İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları yoxlama fəaliyyətlərini dayandırıb və təhlükəsizlik səbəbindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İrandan çıxmalı olublar. ABŞ öz qeyri-qanuni hücumlarının nəticələrini İrana qarşı bir dosyeyə çevirmək istəyir", – deyə o bildirib.
Qəribabadinin sözlərinə görə, təminat altındakı obyektlər hədəfə alınıb, nüvə təhlükəsizliyi və yoxlama imkanı pozulub: "Sonra isə bütün bunlar İrana təzyiq göstərmək üçün istifadə edilir".
Kopyalandı
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
