İran sənaye müəssisələrini hədəf alıb
İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə "Amazon" şirkətinin bulud hesablama mərkəzinə zərbə endirdiyini bildirib.
Bu barədə "Al Jazeera" xəbər verir.
SEPAH-ın bəyanatına görə, bu hücum düşmənə ünvanlanan ilk praktiki xəbərdarlıq olub.
"Əgər xəbərdarlıqlara məhəl qoyulmasa və qətllər davam edərsə, adlarını artıq açıqladığımız növbəti şirkətləri daha sərt şəkildə cəzalandıracağıq. Bu şirkətlərin regionda tamamilə məhv edilməsinin məsuliyyəti ABŞ Prezidentinin üzərinə düşür", – deyə məlumatda vurğulanıb.
Bundan əlavə, SEPAH Bəhreyndə adanın, demək olar ki, bütün poladtökmə və metallurgiya sektorunu özündə birləşdirən Əl-Həd sənaye şəhərinə raketlər atıb. Yaxın Şərqdə hərbi münaqişə başlayandan bəri "Amazon Web Services" məlumat mərkəzləri dəfələrlə zərbələrə məruz qalıb.
Daha əvvəl SEPAH hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirəcəyi ilə hədələmişdi.
#SEPAH teqi istifadə olunub
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
- CENTCOM İranın iddiasını təkzib edib
- İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV
- SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI
- SEPAH Trampın iddiasını təkzib etdi
