İran üçün strateji əhəmiyyətli ada üzərində gərginlik | Trampdan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın qısa müddətdə əldə oluna biləcəyini hesab edir.
Bu barədə o, “The Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Razılaşma kifayət qədər tez əldə oluna bilər”, – deyə Tramp qeyd edib.
O həmçinin vurğulayıb ki, ABŞ və İran arasında Pakistan vasitəçiləri üzərindən aparılan dolayı danışıqlar müsbət gedir.
Tramp eyni zamanda Vaşinqtonun İranda vurulacaq minlərlə hədəfinin hələ də qaldığını bildirib.
“13 000 hədəfi vurmuşuq və hələ 3 min hədəf var”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin İranın Xark adasının ələ keçirilməsi ehtimalını istisna etməyib.
“Bəlkə də Xark adasını götürəcəyik, bəlkə də yox. Bizim çox variantımız var”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, belə bir addım ABŞ qüvvələrinin müəyyən müddət həmin ərazidə qalmasını tələb edə bilər.
#Donald Tramp teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
- Seçkilərdən sonra Yaxın Şərqdə yeni gərginlik riski | Trampın iqtisadi hesabı nədir? - Baku TV
- Aralıq seçkiləri ABŞ-nin İranla bağlı siyasətində nəyi dəyişəcək? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
