Pleyeri seçin:

İran və İsrail arasında gərginlik davam edir | İsfahandakı nüvə obyekti bombalandı

21 iyun 2025 221 baxış

Yaxın Şərqdə İsraillə İran arasında iyunun 13-də başlayan hərbi münaqişə davam edir.

İyunun 21-i gecə saatlarında İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu öz “Telegram” kanalında məlumat verib.

“İsrail Daxili İşlər Nazirliyinin binasına hücum edilib”, – deyə məlumatda bildirilib.

Əlavə edilib ki, zərbə İsrailin Tehrandakı təhlükəsizlik obyektinə hücumuna cavab olaraq həyata keçirilib.

“Tasnim” xəbər agentliyindən isə bildirilib ki, İran səhər saatlarından etibarən Təl-Əvivin mərkəzinə, hərbi hədəflərə raket və PUA-larla hücumlar həyata keçirib. İran ərazisindən İsrailə 10 ballistik raket atılıb. Raketlərdən biri Təl-Əvivin cənubundakı Holon şəhərinə düşüb, nəticədə, çoxmərtəbəli binada yanğın baş verib.

Cavab atəşi olaraq İsrail İranın Qum şəhərinə zərbələr endirib. Hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Qeyd olunub ki, Qum şəhərinin yaxınlığında İranın ən böyük nüvə obyektlərindən biri olan “Fordo” yerləşir.

“The Times of Israel”in yayımladığı məlumatda bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın İsfahandakı nüvə obyektini ikinci dəfə bombalayıb.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölkədə ümumilikdə 2694 nəfər xəsarət alıb, 657 nəfər həlak olub, 2037 nəfər isə yaralanıb. 

Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Sidneydə baş verən terrordan sonra hökumət yeni qərarlar qəbul edir

Dünya
15 dekabr 2025 221 baxış
Himalay dağlarında unudulan nüvə generatoru

Himalay dağlarında unudulan nüvə generatoru

Dünya
15 dekabr 2025 221 baxış
Ruslar Əsma Əsədi sağaltdı

Ruslar Əsma Əsədi sağaltdı

Dünya
15 dekabr 2025 221 baxış
Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Dünya
15 dekabr 2025 221 baxış
ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı: Nə baş verir? - Baku TV CANLI

Dünya
15 dekabr 2025 221 baxış
26 yaşlı könüllü ucqar kəndlərdə fermerlərə yardım edir

26 yaşlı könüllü ucqar kəndlərdə fermerlərə yardım edir

Dünya
15 dekabr 2025 221 baxış
Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Ukrayna Krasnodarda neft emalı zavoduna zərbə endirib

Dünya
15 dekabr 2025 221 baxış
Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?

Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?

Dünya
15 dekabr 2025 221 baxış
Liviya Milli Muzeyi yenidən açılıb

Liviya Milli Muzeyi yenidən açılıb

Dünya
15 dekabr 2025 221 baxış
Skripkanın 2 milyon avroya satılacağı gözlənilir

Skripkanın 2 milyon avroya satılacağı gözlənilir

Dünya
15 dekabr 2025 221 baxış
Seçilmişlər
icon