Pleyeri seçin:

Qəzzanın bərpası üzrə 70 milyardlıq plan | Humanitar yardım kimlər üçün gəlir mənbəyinə çevrilir?

15 dekabr 2025 192 baxış

ABŞ-də Donald Tramp administrasiyasına yaxın çevrələr və respublikaçı biznes strukturları Qəzza zolağında humanitar yardım və gələcək bərpa prosesində əsas rolu ələ keçirmək uğrunda fəal mübarizə aparır.

Bu barədə "The Guardian" məlumat yayıb.

Nəşr yazır ki, iki illik İsrail zərbələri nəticəsində Qəzzada tikililərin təxminən 75 faizi dağıdılıb və BMT bərpa xərclərini 70 milyard dollar səviyyəsində qiymətləndirir. Bu isə logistika, tikinti və nəqliyyat sahəsində ixtisaslaşan şirkətlər üçün böyük gəlir perspektivi yaradır.

Nəşrin məlumatına görə, Ağ Ev paralel olaraq Cared Kuşner, Stiv Uitkoff və Ariye Laytstounun rəhbərliyi ilə Qəzza üzrə xüsusi işçi qrupu yaradıb. Bu prosesdə daha əvvəl İlon Maskın dövlət xərclərini azaltmaq təşəbbüsündə çalışan iki keçmiş məmurun da iştirak etdiyi bildirilir.

Sənədlərə əsasən, planlaşdırılan logistika modelində baş podratçı gündə 600 yük maşınının Qəzzaya girişinə nəzarət etməli, humanitar və kommersiya yüklərindən rüsumlar toplamalıdır. "The Guardian" hesab edir ki, bu mexanizm podratçıya ildə 1,7 milyard dollara qədər gəlir gətirə bilər.

Əsas namizədlərdən biri Floridada "Alligator Alcatraz" kimi tanınan miqrant saxlama mərkəzinin idarəsində iştirak etmiş "Gothams LLC" şirkəti olub. Lakin şirkətin rəhbəri Mett Miçelsen "The Guardian"ın suallarından sonra təhlükəsizlik və reputasiya risklərini əsas gətirərək bu layihədən çəkildiyini açıqlayıb.

Məqalədə qeyd olunur ki, humanitar təşkilatlar və xeyriyyəçilər bu planları tənqid edir, Qəzzada real ehtiyacların dərman, tibbi avadanlıq və əsas yardımın arxa plana keçdiyini bildirirlər. Ağ Ev isə hələlik yekun qərarların verilmədiyini və prosesin erkən planlaşdırma mərhələsində olduğunu açıqlayıb.

Rəsmi Kiyev Əbu-Dabidəki danışıqları konstruktiv adlandırdı

Rəsmi Kiyev Əbu-Dabidəki danışıqları konstruktiv adlandırdı

Dünya
06 fevral 2026 192 baxış
“ABŞ-ni yalnız süni intellekt və robotlar xilas edə bilər” | Mask

“ABŞ-ni yalnız süni intellekt və robotlar xilas edə bilər” | Mask

Dünya
06 fevral 2026 192 baxış
Rusiyaya məxsus bu layihənin dəyəri 12,5 milyard dollardır

Rusiyaya məxsus bu layihənin dəyəri 12,5 milyard dollardır

Dünya
06 fevral 2026 192 baxış
ABŞ və Rusiya hərbçiləri arasında dialoq bərpa olunur

ABŞ və Rusiya hərbçiləri arasında dialoq bərpa olunur

Dünya
06 fevral 2026 192 baxış
İspaniya və Portuqaliyada əhali təxliyə olundu

İspaniya və Portuqaliyada əhali təxliyə olundu

Dünya
06 fevral 2026 192 baxış
Kolumbiyada maşınlardan istifadə minimuma endirildi

Kolumbiyada maşınlardan istifadə minimuma endirildi

Dünya
06 fevral 2026 192 baxış
143 mindən çox insan təxliyə edildi | Mərakeş

143 mindən çox insan təxliyə edildi | Mərakeş

Dünya
06 fevral 2026 192 baxış
ABŞ-İran münasibətləri hansı halda normallaşa bilər?

ABŞ-İran münasibətləri hansı halda normallaşa bilər?

Dünya
06 fevral 2026 192 baxış
Nigeriya Prezidenti silahlı hücumu “qorxaq və vəhşi” adlandırıb

Nigeriya Prezidenti silahlı hücumu “qorxaq və vəhşi” adlandırıb

Dünya
06 fevral 2026 192 baxış
Kuba Prezidenti hərbi vəziyyətə keçid ehtiyacı duymur

Kuba Prezidenti hərbi vəziyyətə keçid ehtiyacı duymur

Dünya
06 fevral 2026 192 baxış
Seçilmişlər
icon