İran XİN nümayəndəsi Bəqai bu ölkəyə sərt xəbərdarlıq etdi
İran Rumıniyanı ABŞ-nin ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə verəcəyi halda, siyasi və hüquqi cavab veriləcəyi barədə xəbərdar edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib.
O qeyd edib ki, Tehran digər ölkələri münaqişəyə cəlb olunmamağa çağırır.
“Əgər Rumıniya ABŞ-yə öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”, – deyə iranlı diplomat vurğulayıb.
İsmayıl Bəqainin sözlərinə görə, belə bir addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunacaq və Rumıniya üçün “beynəlxalq məsuliyyət” yarada bilər.
Qeyd olunur ki, Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur və ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
